Qazaxıstanın Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinin sədri Yerbolat Kojikovun “Kazaxtelekom” SC və “Caspinet B.V.” şirkətinin nümayəndələri ilə görüşü zamanı Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin (VOLS) inşası ilə bağlı beynəlxalq layihə müzakirə edilib. SİA Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinə istinadla xəbər verir ki, Yerbolat Kojikov layihənin icra mərhələləri, ekoloji icazə alınma prosesi və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə tanış olub. O qeyd edib ki, layihələndirmə və ya icazə sənədlərinin alınması mərhələsində hər hansı bir sual yaranarsa, Komitə öz səlahiyyətləri daxilində zəruri məsləhətlərini verməyə…
Daha çoxDay: March 22, 2025
Rusiyadan Kiyev və Zaporojyeyə kütləvi zərbə
Rusiya ordusu dronlarla Ukraynanın Zaporojye vilayətində yaşayış binalarına ondan çox zərbə endirib. SİA yerli mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər xəsarətlər alıb ki, onlardan da ikisinin vəziyyəti ağırdır. Bundan əlavə, paytaxt Kiyevə də zərbələr endirilib, nəticədə bir ev yanıb.
Daha çoxİraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub
İraq Respublikasının İstanbuldakı Baş konsulluğuna motosikletlə gələn 2 şübhəli şəxs binaya atəş açıb. SİA xəbər verir ki, şübhəlilər hücumdan sonra hadisə yerindən qaçıblar. Hadisədə xəsarət alan olmayıb. Bölgəyə polis qrupları göndərilib, binanın yerləşdiyi küçədə təhlükəsizlik tədbirləri görülüb. Şübhəlilərin saxlanılması üçün əməliyyat başladılıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, təhlükəsizlik qüvvələrinin məsələni ciddi şəkildə araşdırdığını, şübhəlilərin müəyyənləşdirilməsi üçün işlərin aparıldığını bildirib. Keçeli qeyd edib ki, İraq rəsmiləri ilə mütəmadi əlaqə saxlanılır və İraqın Ankara, İstanbul və Qaziantepdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb.
Daha çoxİsrailin ən böyük hava limanına ballistik raket atıldı
Yəmənin Husilər hərəkatı İsrailin Tel-Əviv şəhərindəki Ben-Qurion Hava Limanına hücum həyata keçirib. SİA xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Sariya məlumat yayıb. O bildirib ki, İsrailin ən böyük hava limanına “Fələstin-2” hipersəs ballistik raketi atılıb
Daha çoxBritaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib
Böyük Britaniyada hava qüvvələri bazasına evdə düzəltdiyi bomba ilə hücum etməyi planlaşdıran şəxs 37 il həbs cəzasına məhkum edilib. SİA “Reuters”ə istinadla xəbər verir ki, 29 yaşlı Məhəmməd Faruq fişənglərdən əldə etdiyi partlayıcı maddələrlə evdə bomba hazırlayıb və İngiltərənin şimalında yerləşən “RAF Menwith Hill” hərbi bazasını hədəf seçib. Lakin o, cihazı baza ətrafındakı güclü mühafizə baryerindən yaxın məsafədə partlatmağın mümkün olmadığını anlayaraq, daha zəif qorunan hədəfə yönəlib. Faruq 2023-cü ilin yanvarında Lids şəhərindəki hospitalın qarşısında polis tərəfindən saxlanılıb. Həbs edilərkən onun üzərində təxminən 10 kq partlayıcı maddə aşkarlanıb. Bu gün…
Daha çoxİsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir
İsveç Miqrasiya Agentliyi (Migrationsverket) vətəndaşlığın alınması ilə bağlı müraciətlərə baxılarkən daha sərt nəzarət tətbiq edir. Məqsəd milli təhlükəsizliyə təhlükə yaradan şəxslərə vətəndaşlıq verilməsinin qarşısını almaqdır. SİA xəbər verir ki, yeni qaydalara əsasən, müraciət edənlər şəxsiyyətini təsdiqləmək üçün idarəyə gəlməli, həmçinin keçmişi, o cümlədən iş yeri, doğulduğu ölkə və səyahət tarixçəsi haqqında ətraflı məlumat verməlidirlər. “Belə tədbirlər zəruridir, çünki vətəndaşlıq son qərardır və geri çağırıla bilməz”, – deyə Miqrasiya Xidmətinin rəsmisi Oskar Ekblad bildirib. Nəzarətin gücləndirilməsi hökumətin bu ilin yanvarından verdiyi tapşırığa cavab idi. Migrationsverket, həmçinin sənədlərin yoxlanılmasını sərtləşdirməyi və şifahi…
Daha çoxABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır
ABŞ yeni nəsil F-47 döyüş təyyarəsinin istehsalına başlayacaq. SİA-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp müdafiə katibi Pit Heqset ilə birgə çıxışında elan edib. “Mənim göstərişimlə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri dünyanın ilk altıncı nəsil döyüş təyyarəsi ilə təmin ediləcək. Dünyada heç nə onunla müqayisə belə edilə bilməz. O, F-47 kimi tanınacaq”, – deyə Tramp deyib. Prezident daha sonra əlavə edib ki, F-47-nin sınaq versiyası təxminən beş ildir uçur. Məlumata əsasən, F-47 təyyarəsinin Hərbi Hava Qüvvələri üçün istehsalı “Boeing” şirkəti tərəfindən həyata keçiriləcək.
Daha çoxMiqrantlardan HİV və narkotik testlərindən keçmək tələb olunacaq
…Martın 20-də Rusiya prezidenti Vladimir Putin Donbass və Novorossiyada olan əcnəbi vətəndaşların iyunun 10-dək tibbi müayinədən keçməsini tələb edən fərman imzalayıb. Testin məqsədi İİV infeksiyasının və narkomaniyanın olmadığını təsdiqləməkdir. SİA xəbər verir ki, fərmana əsasən, tələb sənəd qüvvəyə minməzdən əvvəl göstərilən bölgələrə gələn Rusiya vətəndaşlığı olmayan bütün şəxslərə şamil edilir. Onlar yerli Daxili İşlər Nazirliyinə narkotik vasitələrdən istifadənin olmamasını təsdiq edən tibbi arayış və HİV-in olmadığını təsdiq edən arayış təqdim etməlidirlər. Əcnəbilərdən HİV-in olmaması haqqında arayışla yanaşı, vərəm, sifilis və cüzam kimi təhlükəli yoluxucu xəstəliklərin olmadığını təsdiq edən sənədlər də…
Daha çoxHələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib
Suriyanın Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Hələb şəhərində bir anbarda təxminən 3 milyon psixotrop təsirli “Captagon” həbi aşkar edilərək müsadirə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik ticarətçilərindən biri ələ keçirilib. “Captagon” həbləri ilk dəfə 1960-cı illərdə diqqət əskikliyi və depressiya xəstəliklərinin müalicəsi üçün istehsal edilsə də, sonrakı illərdə qeyri-qanuni yollarla narkotik bazarının əsas elementindən biri olub.
Daha çoxToyota Rusiya bazarına Land Cruiser Prado və RAV4 ilə qayıdır?
Yaponiyanın avtomobil nəhəngi Toyota Rusiya bazarına tam miqyasda qayıtmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə Avtovzglyad nəşri xəbər verir. Aprel ayında şirkət qapalı iclas keçirərək geri qaytarmanın təfərrüatlarını, o cümlədən Rusiyada fəaliyyətini bərpa etmək üçün vaxt və şərtləri müzakirə edəcək. Sankt-Peterburqdakı zavodun geri alqı-satqı opsiyonu olmadan satılması səbəbindən Rusiyada avtomobil istehsalının sürətlə qurulmasının mümkün olmayacağına baxmayaraq, Toyota avtomobil tədarükünü bərpa etməyi planlaşdırır. Rusiyalı alıcılara təklif olunacaq ilk modellər məşhur Land Cruiser Prado və RAV4 krossoverləri olacaq. İlkin mərhələdə Rusiyada yüksək tələbat olan Camry-nin tədarükündən avtomobilin baha olması səbəbindən imtina etmək…
Daha çox