Moskva vilayətinin Kaşirə şəhərində sexdə içərisində un olan bunker yanıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Yanğın İlyiça küçəsində başlayıb və 920 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsində 35 nəfər və 11 texnika iştirak edib.
Onlar açıq atəşi söndürə biliblər. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl bu il ilk meşə yanğını Moskva vilayətində qeydə alınıb.
Ozernoye meşə təsərrüfatı rayonunda başlayıb və demək olar ki, bir hektar əraziyə yayılıb.
Əli Babayev