Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb


Berlin polisi sağçı ekstremistlərin aksiyasında bir neçə nəfəri həbs edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Hüquq və nizam naminə” şüarı altında təşkil olunan yürüşə təxminən 850 nəfər qatılıb.

Yürüş iştirakçıları ilə onlara etiraz edən yüzlərlə insan arasında qarşıdurmanın qarşısını almaq üçün 1500-dən çox polis əməkdaşı cəlb olunub.

Aksiyanın hələ əvvəlində 20-yə yaxın iştirakçı maskalanma qadağasını pozduğuna görə saxlanılıb. Bundan əlavə, konstitusiyaya zidd simvollar nümayiş etdirən şəxslərə qarşı da tədbirlər görülüb. Qadağan olunmuş “Siegrune” simvolunu göstərən və Hitler salamı verən bir neçə nəfər məhkəmə qarşısına çıxarılıb.

Əlaqəli Xəbərlər