Ötən il Azərbaycandan Yunanıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,558 milyon ABŞ dolları təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,01dəfə və ya 1,288 milyon ABŞ dolları artıb.
Ölkənin ümumi köçürmələrində Yunanıstanın payı 0,5 % təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.
2023-cü ildə fiziki şəxslərin Azərbaycandan Yunanıstana pul köçürmələrinin həcmi 1,27 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə xarici ölkələrə 550,126 milyon ABŞ dolları məbləğində köçürmələr həyata keçirilib.