“1995-ci ilin martında dövlət çevrilişindən arrtıq 30 il ötür. Mən o hadisələrin yaxından şahidi olmuşam. Bakı şəhərində AMON-nun dəstələri 8-ci km bazarındakı mağaza sahiblərinin məkanlarına girirdilər və orada soyğunçuluq edirdilər. Halbuki o dövrdə çoxda vəsait yox idi. Balaca mağaza sahibləri idi. Mənim digərlərindən fərqim bundan ibarətdir ki, o hadisələri yaxından görüb müşahidə etmişəm, araşdırıb yazmışam”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bayramov deyib.
Onun sözlərinə görə, bütün bunlara rəğmən onların qarşısı alındı, bu çevrilişə son qoyuldu: “Azərbaycan artıq 1995-ci ilin noyabrın 12-də müstəqil dövlətin konstutisiyası qəbul edildi. Həmçinin biz ərazi bütövlüyümüzü bərpa etdik, süverenliyimizi təmin etdik. Son illərdə Azərbaycan ərazilərinin qaytarılması üçün strateji planlar üzərində çalışırdı. Lakin buna baxmayaraq vaxtı ilə o hadisələr baş verdi. Azərbaycanın müstəqilliyini vaxtı ilə istəyən və istəməyənlərdə var idi. Bu məsələ bu aydın oldu. Ona görə də bu məsələnin üstündən 30 il keçməsinə baxmayaraq xalq öz liderinin yanındadır. O zaman Türkiyənin Baş Naziri olan Tansu Çilər, Fərman Demirkol, Kənan Güvən, səfir Karamanoğlunun çoxda əlaqəsi yox idi. Sadəcə dediyim kimi o dövrdə Azərbaycanın müstəqilliyini istəyən də var idi, istəməyən də var idi. Ona görə də bu vəziyyətdən istifadə edib, Azərbaycanı özlərindən asılı vəziyyətə gətirmək istəyirdilər. Bunun ağrında atdığı addımlar, etdiyi əməllər məlumdur. Ulu Öndərin onlara münasibət aydın bir şəkildə ifadə edilib. Türkiyəyə səfəri zamanı Millət Məclisində çıxış edən zaman da bu məsələyə toxunub.
Bu dövlətin zəngin təbii sərvətlərlə bol olması ilə bərabər, həm də elə bir ərazidə yerləşir ki, işğalçı qüvvələrin diqqətini cəlb edir. Bizi qardaş elan edən, lakin içində bildəyimiz qüvvələr olduqca çox idi”.
Cəbi Bayramov qeyd edir ki, e.ə. IX əsrdən etibarən bu ərazilərə edilən hücumların sayı hesabı bilinmir: “Onların məqsədi ərazilərimizi talamaq və təbii sərvətlərimiz, əsasəndə neftimizi ələ keçirmək idi. XVIII əsrdən etibarən artıq çar Rusiyası, SSRİ, Qərbi Avropa ölkələri bizim neftə maraq salmışdı. Mən bunu gizlətmirəm. Hal-hazırda Türkiyənin Prezidentindən başqa orada Azərbaycana yaxınlıq və kömək göstərən olmayıb. Bu açıq-aydın bir məsələdir.
Bundan əlavə kim Azərbaycana hücum etsə, F16 adlı döyüş təyyarələrinin qarşısında görəcəklər”.