ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

ABŞ yeni nəsil F-47 döyüş təyyarəsinin istehsalına başlayacaq. SİA-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp müdafiə katibi Pit Heqset ilə birgə çıxışında elan edib. “Mənim göstərişimlə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri dünyanın ilk altıncı nəsil döyüş təyyarəsi ilə təmin ediləcək. Dünyada heç nə onunla müqayisə belə edilə bilməz. O, F-47 kimi tanınacaq”, – deyə Tramp deyib. Prezident daha sonra əlavə edib ki, F-47-nin sınaq versiyası təxminən beş ildir uçur. Məlumata əsasən, F-47 təyyarəsinin Hərbi Hava Qüvvələri üçün istehsalı “Boeing” şirkəti tərəfindən həyata keçiriləcək.

Daha çox

Miqrantlardan HİV və narkotik testlərindən keçmək tələb olunacaq

…Martın 20-də Rusiya prezidenti Vladimir Putin Donbass və Novorossiyada olan əcnəbi vətəndaşların iyunun 10-dək tibbi müayinədən keçməsini tələb edən fərman imzalayıb. Testin məqsədi İİV infeksiyasının və narkomaniyanın olmadığını təsdiqləməkdir. SİA xəbər verir ki, fərmana əsasən, tələb sənəd qüvvəyə minməzdən əvvəl göstərilən bölgələrə gələn Rusiya vətəndaşlığı olmayan bütün şəxslərə şamil edilir. Onlar yerli Daxili İşlər Nazirliyinə narkotik vasitələrdən istifadənin olmamasını təsdiq edən tibbi arayış və HİV-in olmadığını təsdiq edən arayış təqdim etməlidirlər. Əcnəbilərdən HİV-in olmaması haqqında arayışla yanaşı, vərəm, sifilis və cüzam kimi təhlükəli yoluxucu xəstəliklərin olmadığını təsdiq edən sənədlər də…

Daha çox

Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

Suriyanın Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Hələb şəhərində bir anbarda təxminən 3 milyon psixotrop təsirli “Captagon” həbi aşkar edilərək müsadirə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik ticarətçilərindən biri ələ keçirilib. “Captagon” həbləri ilk dəfə 1960-cı illərdə diqqət əskikliyi və depressiya xəstəliklərinin müalicəsi üçün istehsal edilsə də, sonrakı illərdə qeyri-qanuni yollarla narkotik bazarının əsas elementindən biri olub.

Daha çox

Toyota Rusiya bazarına Land Cruiser Prado və RAV4 ilə qayıdır?

Yaponiyanın avtomobil nəhəngi Toyota Rusiya bazarına tam miqyasda qayıtmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə Avtovzglyad nəşri xəbər verir. Aprel ayında şirkət qapalı iclas keçirərək geri qaytarmanın təfərrüatlarını, o cümlədən Rusiyada fəaliyyətini bərpa etmək üçün vaxt və şərtləri müzakirə edəcək. Sankt-Peterburqdakı zavodun geri alqı-satqı opsiyonu olmadan satılması səbəbindən Rusiyada avtomobil istehsalının sürətlə qurulmasının mümkün olmayacağına baxmayaraq, Toyota avtomobil tədarükünü bərpa etməyi planlaşdırır. Rusiyalı alıcılara təklif olunacaq ilk modellər məşhur Land Cruiser Prado və RAV4 krossoverləri olacaq. İlkin mərhələdə Rusiyada yüksək tələbat olan Camry-nin tədarükündən avtomobilin baha olması səbəbindən imtina etmək…

Daha çox

Maraqlıdır, bu həqiqəti gizlətməyə hesablanmayıb ki..?

ABŞ Dövlət Departamenti vəsait ayırmadığı üçün müharibə cinayətlərinin monitorinqi qrupu bağlanıb… …Deməli, Rusiyanın Ukraynada törətdiyi əməllərə dair sübutların toplanmasında mühüm rol oynamış Yale Universitetinin bölməsi ABŞ Dövlət Departamentinin maliyyəni kəsməsindən sonra martın 28-də bağlanacaq. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yale Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Nathaniel Raymond, bu addımı müharibə cinayətlərinin sənədləşdirilməsi və insanların məsuliyyətə cəlb edilməsi səylərinə “fəlakətli zərbə” adlandırıb. Raymondun sözlərinə görə, hazırda bölmə Rusiya tərəfindən Ukraynadan qaçırılan 35 min uşağın harada olduğunu izləyir. Uşaq oğurluğu müharibə cinayətidir və Rusiya…

Daha çox

Avropa İttifaqı ABŞ-a qarşı ilk tariflərini təxirə salıb…

…Hələ ki, aprelin ortalarına qədər… Avropa Birliyi ABŞ-a qarşı prezident Donald Trampın tətbiq etdiyi metal tariflərinə cavab olaraq hazırladığı ilk əks tədbirlərini aprelin ortalarına qədər təxirə salıb. SİA-nın məlumatına görə, bu barədə “European Pravda” xəbər verir. Avropa Komissiyası aprelin 1-də ABŞ mallarına 2018-ci ildə 4,5 milyard avro, daha sonra isə aprelin 13-də daha 18 milyard avro tarifləri bərpa etməyi təklif edib. …Biz indi hər iki siyahı üzrə üzv dövlətlərlə eyni vaxtda məsləhətləşə bilməmiz üçün Avropa İttifaqının iki əks tədbirinin tətbiqi vaxtı barədə razılığa gəlmək imkanını…

Daha çox

“Biz qalib gəlirik və bizə heç bir atəşkəs lazım deyil…”

“The New York Times”ın yazdığına görə, ruslar Trampa inamı itirirlər …Rusiya cəmiyyəti münaqişəyə son qoymağa hazırdır.!? SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “The New York Times” Massaçusetsdə yerləşən FilterLabs analitik şirkəti tərəfindən sosial şəbəkələrin təhlilinə istinadən yazır. …Və eyni zamanda, cəmiyyət Ukraynaya hər hansı güzəştə də şübhə ilə yanaşır. …Ukrayna və Rusiya ilə əlaqəli hər şeydə mənzərə mürəkkəbdir. Baxmayaraq ki, sərhədyanı ərazilərdə və böyük şəhərlərdə bir ümumi xətt var – ruslar müharibəyə son qoymağın vaxtının çatdığına inanırlar, ancaq Rusiyanın şərtləri ilə……

Daha çox

Rusiya hər il 2,2 milyon işçi cəlb etməlidir…

Rusiya iqtisadiyyatının 2030-cu ilə qədər təxminən 11 milyon yeni işçiyə ehtiyacı var …Rusiya iqtisadiyyatının 2030-cu ilə qədər təxminən 11 milyon yeni işçiyə ehtiyacı var. Yəni, hər il təxminən 2,2 milyon insan cəlb edilməlidir. SİA-nın məlumatına görə, bu barədə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov bildirib. Nazirin sözlərinə görə, bu ehtiyac təqaüdə çıxanları əvəz edəcək 10 milyon işçi və yeni əlavə iş yerlərinin doldurulması üçün 800 min işçidən ibarətdir. Kotyakov belə rəqəmləri Rusiyada əmək məhsuldarlığının aşağı olması ilə izah edib. Şirkətlərdə…

Daha çox

İstanbulda üçüncü gündür etirazlar davam edir

Minlərlə insan meriyanın qarşısına çıxıb… …Türkiyənin İstanbul şəhərində minlərlə insan prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olan müxalifət bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq bələdiyyə binası qarşısında toplaşıb. SİA xəbər verir ki, bu barədə AP məlumat yayıb. Çoxları İmamoğlunun həbsini müxalifət xadiminin 2028-ci ilə təyin edilmiş növbəti prezident seçkilərində iştirakının qarşısını almaq üçün siyasi motivli cəhd kimi qiymətləndirir. Yerli mətbuatın məlumatına görə, İmamoğlu korrupsiya ittihamları ilə bağlı polis tərəfindən 4 saat dindirilib və o, bütün ittihamları rədd edib. Onun dindirilmək üçün şənbə günü axşam prokurorluğa aparılacağı…

Daha çox

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

Martın 21-də Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən davamında həbs edilmiş qadınların və uşaqların azad edilməsi” adlı qətnamə qəbul edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iki ildən bir 1994-cü ildən irəli sürülən bu qətnamədə silahlı münaqişələrdə qadın və uşaqlara xüsusi diqqət yetirilməklə, girov götürülmə məsələsinə toxunulur. Qətnamə bu cür əməllərin mahiyyət etibarı ilə qanunsuz və əsassız olduğunu təsdiq edir. Qətnamə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə qarşı törədilən bütün zorakı hərəkətləri…

Daha çox