Rusiya Odessanı vurur

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə PUA zərbələri endirib. SİA xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində şəhərdə güclü partlayışlar baş verib. Şahidlər artıq 15 partlayış səsinin eşidildiyini bildiriblər. Şəhərdəki yaşayış binaları, ticarət mərkəzinin və sənaye müəssisəsinin ərazisində yanğınların baş verdiyi qeyd edilir.

Daha çox

21-ci günün duası

Sabah Ramazan ayının 21-ci günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:16-da, iftar vaxtı isə 19:08-dədir. İmsak duası “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!” Tərcüməsi “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!” İftar duası “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi…

Daha çox

“Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir”

Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir. SİA xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb. O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. “Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, – deyə H.Hacıyev vurğulayıb.

Daha çox