Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Daha çoxDay: March 21, 2025
Şoyqu Şimali Koreyaya getdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyana gedib. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edilib ki, Şoyqu Şimali Koreya lideri Kim Çen In və ölkənin digər liderləri ilə görüşməyi planlaşdırır. Martın 16-da Şimali Koreyanın xarici işlər naziri Ço Son Huinin Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüş keçirdiyi bildirilir. KCNA-nın məlumatına görə, nazir nümayəndə heyəti ilə “dostluq söhbəti” aparıb. Görüşdə Xarici İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı, Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri də iştirak…
Daha çoxSon üç gündə Qəzzada 600-ə yaxın fələstinli öldürüldü
İsrailin martın 18-də döyüşləri bərpa etdiyi vaxtdan Qəzza zolağında təxminən 600 fələstinli həlak olub. SİA xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb. Xəbərdə deyilir ki, İsrail ordusu qurudan hücumları və hava zərbələrini gücləndirdiyi üçün ölənlərin sayı artmaqda davam edir. Yenidən bombardmana başlayan israillilər Rəfah və Beyt-Lahia şəhərləri ərazisində qurudan hərbi əməliyyatlara başlayıblar. Xatırladaq ki, İsrail administrasiyası fələstinliləri ABŞ-ın təkliflərini rədd etməkdə ittiham edib və Qəzza zolağında yenidən aktiv hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Fələstin tərəfi münaqişənin genişlənməsinə görə ABŞ və İsraili günahlandırıb.
Daha çox“Könüllü DOST” proqramına son iki ayda daha 229 nəfər cəlb olunub
“Könüllü DOST” proqramına bu ilin yanvar-fevral ayları ərzində 5,1 min müraciət olub, 229 nəfər proqrama cəlb edilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Bildirilib ki, “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub. Proqram iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər. Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə kömək edir. Fərdi…
Daha çoxAzərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,21 ABŞ dolları, yaxud 1,66 % artaraq 74,02 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,57 % artaraq 72,6 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxİkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib
Moldova Müdafiə Nazirliyinin motoatıcı briqadasının istehkamçıları Leova rayonunun Orak kəndində İkinci Dünya müharibəsinə aid 51 partlayıcı sursat zərərsizləşdiriblər. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, əməliyyat qaz şəbəkələrinin çəkilişi zamanı döyüş sursatının aşkarlanmasından sonra həyata keçirilib. Müdafiə Nazirliyi bildirib ki, işçilər yerdə şübhəli əşyalarla rastlaşdıqdan sonra yerli hakimiyyət orqanlarını köməyə çağırıb. Ərazidə araşdırma aparan minatəmizləmə qrupu 37 ədəd 45 mm-lik artilleriya mərmisi, 12 ədəd 82 mm-lik minaatan bombası və iki ədəd 88 mm-lik tank əleyhinə raket aşkar edib. Bütün sursatlar İkinci Dünya müharibəsinə aiddir. Aşkar edilmiş silah-sursat hərbi hissənin…
Daha çoxŞimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib
Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə “Koreyanın Səsi” radiostansiyası məlumat yayıb. Raketin hərtərəfli döyüş qabiliyyətini sınaqdan keçirmək məqsədi daşıyan buraxılış martın 20-də reallaşıb. Onu Şimali Koreyanın Raket İstehsalı Baş İdarəsi həyata keçirib. Raketin sınaqlarını Şimali Koreya lideri Kim Çen In və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Hərbi Komitəsinin yüksəkvəzifəli şəxsləri izləyiblər . Yeni raket artıq istehsala buraxılıb.
Daha çoxYağıntılı hava davam edir, bəzi rayonlarda qarın hündürlüyü 13 sm-ə çatıb
Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və…
Daha çoxİsrail ordusu Qəzzanın cənubunda əməliyyatlara başladı
İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində hərbi əməliyyatlara başladığını elan edib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin komandanlığı bildirib. “Son bir neçə saat ərzində İsrail silahlı qüvvələri Rəfah bölgəsində əməliyyatlara başlayıb. Bundan əlavə, Qəzzanın şimalında və mərkəzində əməliyyatlar davam etdirilir”, – deyə İsrail ordusunun teleqram kanalında dərc edilən məlumatında deyilir. Məlumatda vurğulanır ki, İsrail ordusu və kəşfiyyat xidmətləri ölkə vətəndaşlarını qorumaq üçün Qəzza zolağında fəaliyyətini davam etdirəcək.
Daha çoxBMT dünyanın ən xoşbəxt ölkəsinin adını açıqladı
Finlandiya ardıcıl olaraq səkkizinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib. SİA xəbər verir ki, bu barədə məlumat BMT-nin illik Dünya Xoşbəxtlik Hesabatında (World Happiness Report) öz əksini tapıb. İlk üçlüyə Danimarka və İslandiya daxil olub. ABŞ siyahıda 24-cü, Rusiya 66-cı yerdə qərarlaşıb. Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən etibarən hər il BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur.
Daha çox