Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.