Ərdoğan Türkiyədəki etirazlarla bağlı sərt danışır


İstanbul meri Əkrəm İmamoğlunun həbsinə etiraz edənlərin hərəkətləri qeyri-qanuni və qeyri-demokratikdir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

…Demokratiyaya və milli iradəyə meydan oxumaqla, qeyri-qanuni və qeyri-demokratik vasitələrə əl atmaqla bu ölkədə heç nə əldə etməyəcəyik. Türkiyə küçə terroruna təslim olmayacaq, – deyə ölkə lideri bildirib.

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyə başqanı İmamoğlu korrupsiyada şübhəli bilinərək həbs edilərək polisin müşayiəti ilə məhkəməyə aparılıb.

Bu, İstanbulda kütləvi etirazlara səbəb olub.

Əli Babayev

Əlaqəli Xəbərlər