Nabiullina Rusiya iqtisadiyyatı ilə bağlı vəziyyətdən danışıb

…Rusiya iqtisadiyyatı artan qeyri-müəyyənlik zonasındadır ki, bu da xarici şərtlərlə bağlıdır. SİA-nın məlumatına görə, mövcud vəziyyətlə bağlı Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın müvafiq şərhini TASS xəbər verir. Rusiya Bankının sədrinin bəyanatları tənzimləyicinin direktorlar şurasının martın 21-də əsas uçot dərəcəsini illik 21 faiz səviyyəsində saxlamağa qərar verən nəticələrinə dair mətbuat konfransında səsləndirilib. Mərkəzi Bankın cümə günü bir qədər əvvəl dərc etdiyi press-relizdə ölkə iqtisadiyyatı üçün əsas inflyasiya riskləri balanslaşdırılmış artım trayektoriyasından kənara çıxmanın davam etməsi və yüksək inflyasiya gözləntiləri, eləcə də xarici ticarət şəraitinin pisləşməsi ilə əlaqələndirilib. Mərkəzi Bank cümə günü…

Daha çox

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin hərbi hissələrində olublar

Novruz bayramı münasibətilə Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər. Hərbi Prokurorluqdan SİA-ya bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. Sonra Baş prokuror Kamran…

Daha çox

Ankara və İzmirdə də aksiyalar qadağan edildi

Türkiyənin Ankara və İzmir şəhərlərində də mətbuata açıqlamalar və aksiyalar qadağan edilib. SİA “NTV” portalına istinadən xəbər verir ki, bu barədə qərarı Ankara və İzmir valilikləri açıqlayıb. Bildirilib ki, hər iki şəhərdə qadağa martın 25-i 23:59-a qədər qüvvədə olacaq. İstanbulda martın 19-dan tətbiq edilən bu qadağalar isə martın 23-də başa çatacaq. Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz aksiyası keçirilib.

Daha çox

Vladimir Putin bayram münasibətilə İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Novruz – bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik. Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik…

Daha çox

Tramp Tesla avtomobilləri ilə bağlı sərt xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp İlon Maskın Tesla avtomobillərini sabotaj edənlərə ciddi xəbərdarlıq edib. SİA xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb. O, hüquq-mühafizə orqanlarının günahkarları və onların maliyyələşdirənlərini axtardığını, bu şəxslərin uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini bildirib. “Teslanı sabotaj edən şəxslər, böyük ehtimalla, iyirmi ilə qədər həbs cəzası alacaqlar, o cümlədən onları maliyyələşdirənlər də. Biz sizi axtarırıq, – deyə Tramp vurğulayıb.

Daha çox

Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident, Əziz Qardaşım. Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın…

Daha çox

Netanyahu qalmaqallı qərarını həyata keçirdi

Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin – ŞABAK-ın (Şin Bet) rəhbəri Ronen Barın vəzifədən azad edilməsi ilə bağlı mübahisəli qərarını yekdilliklə təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Netanyahunun Ofisi məlumat yayıb. Netanyahu bu qərarı 16 martda elan edib və bu, kütləvi etirazlara səbəb olub. İsrail KİV-lərinin məlumatına görə, bu, ölkə tarixində hökumətin ŞABAK rəhbərini vəzifədən kənarlaşdırdığı ilk haldır. Netanyahu buna səbəb kimi Bara “inamın itməsini” göstərib.

Daha çox

Çexiya Prezidenti Odessaya səfər edib

Çexiya Prezidenti Petr Pavel Odessaya səfər edib. Ukrayna rəsmiləri ilə görüşü zamanı şəhərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin yenidənqurma işləri üzrə müavini – icmaların və ərazilərin inkişafı üzrə nazir Aleksiy Kuleba “Facebook” səhifəsində məlumat yayıb. “Biz Çexiya Prezidenti ilə Rusiyanın hər gecə hava hücumu etdiyi Odessa şəhərində görüşdük. Məhz bizim görüşümüz zamanı Rusiya Federasiyası şəhərə üç “Şahed” dəstəsi yeritdi. Bütün sivil dünya Rusiyanın Ukraynaya qarşı cinayətlərini görməlidir”, – deyə Kuleba yazıb. Onun sözlərinə görə, Çexiya Prezidenti ilə görüşündə dəniz…

Daha çox

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib. Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Daha çox

Türkiyə Avropanın təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz rol oynayır

Türkiyə Avropada təhlükəsizliyin təmin edilməsi yolunda atılacaq addımların planlaşdırılmasında əvəzolunmaz rol oynayır. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəhbərliyi altında Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair yayımlanan bəyanatda qeyd olunub. MTŞ-dən bildirilib ki, Ankara bölgədə rifahın artmasına, sülhün və sabitliyin təmin edilməsinə töhvə verməyə davam edəcək. “Ölkəmizin geosiyasi mövqeyi, silahlı qüvvələrinin gücü və müdafiə sənayesinin potensialı bu istiqamətdə atılacaq növbəti addımların əsasını təşkil edir”, – deyə bəyanatda vurğulanıb. Milli Təhlükəsizlik Şurasında Türkiyənin planetin böhran nöqtələrindəki vəziyyətə münasibəti də açıqlanıb. Rusiya-Ukrayna müharibəsinə dair mövzuya gəlincə, bildirilib…

Daha çox