Tramp İrana iki ay vaxt verdi


ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün iki ay vaxt verib. SİA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Ağ Ev rəhbəri İranın ali dini lideri Əli Xameneiyə məktub göndərib və məktubda qeyd edib ki, Tehrana bu məsələni həll etmək üçün iki ay vaxt verilib. “Əgər İran Trampın çağırışını rədd edərsə və danışıqlara getməzsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar keçirmə şansları kəskin şəkildə artacaq”, – məlumatda deyilir. Ağ Ev və İranın BMT-dəki daimi nümayəndəliyi bu məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, martın 7-də Tramp “Truth Social” hesabında Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi ilə məktub göndərdiyini yazıb.

Əlaqəli Xəbərlər