Moskva birjasında “qızdırma” başlayıb…





Tramp-Putin danışıqları zamanı sirli investor “Qazprom”un milyard rubl dəyərində səhmlərini satır..?



…Quik mübadilə terminalındakı məlumatlara görə, Moskva birjasında naməlum investor Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlar zamanı təxminən 1,2 milyard rubl dəyərində olan “Qazprom”un böyük səhm paketindən qurtulub.

SİA-nın məlumatına görə, bu barədə The Moscow Times yazıb.

…Deməli, əsrarəngiz treyder satmağa Putinlə Trampın telefon danışığından təxminən bir saat sonra başlanıb. Birja məlumatlarına görə, bir dəqiqədən az müddətdə təxminən 700 milyon rubl dəyərində bir paket atılıb.

Satış “bazarda” həyata keçirilib, nəticədə “Qazprom”un kotirovkaları qısa müddət ərzində 3,3 faiz – 173,1-dən 167,5 rubla düşüb və sonradan isə 172,1 rubla qayıdıb.

Putin və Trampın danışıqları başa çatdıqdan 15 dəqiqə sonra Moskva vaxtı ilə saat 19:45-də vəziyyət təkrarlanıb. Qazprom-un daha 500 milyon rubl dəyərində səhmlərinin satışı qısa müddət ərzində kotirovkaları 2,6 faiz azalaraq 173,5-dən 169 rubla endirib.

“Reuters”in məlumatına görə, son danışıqlar Rusiya və ABŞ prezidentləri arasında tarixin ən uzun telefon danışığı olub. Kreml Trampın təklif etdiyi kimi tam atəşkəs üçün xarici hərbi yardımı və Kiyevə kəşfiyyat məlumatlarının verilməsini tamamilə dayandırmaq, həmçinin Ukrayna Silahlı Qüvvələrinin səfərbərliyini və yenidən silahlandırılmasını dayandırmaq lazımdır, – deyə Kreml vurğulayıb.

Prezident Vladimir Zelenski danışıqlardan qısa müddət sonra deyib ki, Ukrayna 30 günlük enerji kəsilməsini dəstəkləyir.

O əlavə edib ki, sülhlə bağlı bəyanatlarına baxmayaraq, Putin “güc mövqeyindən ultimatum vermək” üçün Zaporojya istiqamətində, şərqdə, Xarkov və Sumı istiqamətlərində hücum hərəkətləri hazırlayır.

…Və Putin və Tramp arasında danışıqlar başa çatdıqdan sonra Moskva birjasında səhmlər ucuzlaşmağa başlayıb. Moskva vaxtı ilə saat 23:31-ə olan məlumata görə, Qazprom 2,54, VTB 2,6, Rosneft 0,8, Sber 0,5, Norilsk Nikel 1,5, Rostelecom isə 1,6 faiz ucuzlaşıb.

Əli Babayev

Əlaqəli Xəbərlər