“Google” Novruz bayramına “doodle” həsr etdi


ABŞ-ın transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Novruz Bayramı münasibətilə “doodle” hazırlayıb. SİA xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində istifadəçilər üçün Novruz bayramı ilə bağlı görüntü yerləşdirilib və bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub. Onun üzərinə klikləməklə Novruz bayramı ilə bağlı məlumatları əldə etmək mümkündür.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. 2009-cu il sentyabrın 30-da UNESCO Novruz bayramını qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Əlaqəli Xəbərlər