ABŞ-nin Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb. SİA xəbər verir ki, FED uçot dərəcəsini 4,25 – 4,5 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, bu səviyyə dekabrdan bəri dəyişməz qalır. Bazarlar da bu həftə keçirilən iki günlük iclasda hər hansı bir dəyişikliyin baş vermə ehtimalını demək olar ki, sıfır olaraq qiymətləndirirdi.
Daha çoxDay: March 20, 2025
Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir
Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə davam edən “Şuşa baharı” adlı bayram tədbirləri çərçivəsində “Güllü bağ” ərazisində Novruzu tərənnüm edən yarmarka təşkil edilib. Yarmarkada ziyarətçilərə Şuşa sakinlərinin əl işləri, səmənilər, milli mətbəximizə aid olan bayram xonçaları, müxtəlif şirniyyatlar, supermarketlərin xidmətləri təqdim olunur. Martın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdim etdiyi ədəbi-bədii kompozisiya, Şuşanın tarixi şəxsiyyətlərinin – Pənahəli xanın, Gövhər ağanın, Xan qızı Natəvanın, Molla…
Daha çox“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq
“Santander” bankı Böyük Britaniyada 95 filialını bağlayacağını elan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, 750 iş yerinin risk altında olması deməkdir. Bildirilib ki, müştərilər getdikcə daha çox onlayn bank xidmətlərindən istifadə edir və bu səbəbdən filialların bağlanmasına iyun ayından etibarən başlanacaq. Bundan əlavə, 36 filialın iş saatları azaldılacaq, 18 filialda kassalar ləğv ediləcək. “Santander” filial bağlanacağını elan edən sonuncu bankdır. Yanvar ayında “Lloyds” bankı 136 filialı bağlayacağını açıqlamışdı. Bağlanmalardan sonra “Santander”in Britaniyadakı filiallarının sayı 444-dən 349-a düşəcək. Banka görə, filialları bağlanacaq bölgələrdə müştərilərə həftəlik olaraq kitabxana kimi…
Daha çoxİstanbulda Novruz bayramı qeyd olunub
İstanbulda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Bayram şənliyi İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. SIA xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadə, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri çıxış edərək Novruz bayramının tarixindən, adət-ənənələrindən bəhs ediblər. Bildirilib ki, təxminən dörd min illik tarixə malik, dünya mədəni irsinin ən parlaq nümynələrindən olan…
Daha çox“Putin atəşkəsi rədd edib..?”
Rusiya danışıqlar prosesinə simulyasiya edir… …Deməli, Rusiya lideri Vladimir Putin çərşənbə axşamı ilk dəfə olaraq Ukraynanın enerji infrastrukturuna zərbələri məhdudlaşdıracaq atəşkəsə razılaşıb. Bununla belə, o, cəbhədə tam hüquqlu barışıqdan imtina edib. SİA-nın məlumatına görə, bunu The New York Times yazıb..? Prezident Donald Trampla iki saatlıq telefon danışığı zamanı Rusiya lideri ABŞ və Ukraynanın təklif etdiyi daha geniş 30 günlük atəşkəs razılaşmasını rədd edib. Bu o deməkdir ki, mülki şəxslərə, şəhərlərə və limanlara hücumlar davam edəcək. Bununla belə, hər iki tərəf enerji infrastrukturuna zərbə vurmağı dayandırarsa,…
Daha çoxMoskva birjasında “qızdırma” başlayıb…
Tramp-Putin danışıqları zamanı sirli investor “Qazprom”un milyard rubl dəyərində səhmlərini satır..? …Quik mübadilə terminalındakı məlumatlara görə, Moskva birjasında naməlum investor Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlar zamanı təxminən 1,2 milyard rubl dəyərində olan “Qazprom”un böyük səhm paketindən qurtulub. SİA-nın məlumatına görə, bu barədə The Moscow Times yazıb. …Deməli, əsrarəngiz treyder satmağa Putinlə Trampın telefon danışığından təxminən bir saat sonra başlanıb. Birja məlumatlarına görə, bir dəqiqədən az müddətdə təxminən 700 milyon rubl dəyərində bir paket atılıb. Satış “bazarda” həyata keçirilib, nəticədə “Qazprom”un kotirovkaları qısa…
Daha çoxRus həkim Ukrayna əhalisinin gələcəyindən danışıb..?
…Ukrayna əhalisinin demək olar ki, yarısında münaqişə səbəbindən psixi sağlamlıq problemləri var. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Belə ki, rusiyalı həkim Pavel Berejanski belə bir vəziyyətin insanların həyatına necə təsir etdiyi, hansı təhlükə yaratdığı və demoqrafiyaya necə təsir edəcəyi barədə danışıb. …Deməli rus mütəxəssis qeyd edir ki, bu mövzu aktual və mühümdür. Hazırda Ukraynada psixoloq, psixoterapevt və ya psixiatrın köməyinə ehtiyacı olan xəstələr çoxdur. …Biz bunu xüsusi əməliyyatın ilk günlərindən müvəqqəti yerləşdirmə mərkəzinə gələn uşaqlarla bağlı qeyd etmişik. Əsas problem posttravmatik…
Daha çoxNASA dəniz səviyyəsinin sürətlə yüksəlməsindən narahatdır
…Keçən il dəniz səviyyəsinin anormal qalxmasının əsas səbəbi iqlim dəyişikliyi olub. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumatlar NASA-nın yeni araşdırmasında təqdim olunub. Peyk müşahidələri göstərir ki, bu müddət ərzində qlobal dəniz səviyyəsi 0,23 düym artaraq proqnozlaşdırılan 0,17 düymdən xeyli keçib. Alimlər qeyd ediblər ki, hətta ekspertlər belə artım templərini gözləmirdilər. NASA-nın Jet Propulsion Laboratoriyasının tədqiqatçısı Coş Uillis dəniz səviyyəsində illik dalğalanmaların normal olduğunu, lakin yüksəlişin sürətlənməsi istiqamətində ümumi tendensiyanın getdikcə daha aydın olduğunu söyləyib. Onun sözlərinə görə, bu, əsasən, keçən il ümumi artımın üçdə ikisini təşkil edən…
Daha çoxKanadada 17 il əvvəl itkin düşən oğlan tapılıb…
İtkin düşən gənc DNT testindən istifadə edilərək tapılıb Kanadanın paytaxtı Vaşinqtonda çimərlikdə insan qalıqları tapılıb. Məhkəmə ekspertləri bir sıra araşdırmalar aparıb və DNT analizi nəticəsində qalıqların 17 il əvvəl yoxa çıxan bir insana aid olduğunu müəyyən ediblər. SİA-nın məlumatına görə, bir gün əvvəl Vaşinqton çimərliyinin sahillərində insan qalıqlarını aşkar edən Kanada Kral Atlı Polisi əməkdaşları tərəfindən patrul aparılıb. İnsan qalıqları mütəxəssislərə təhvil verildikdən sonra onların 2007-ci ilin yazında yoxa çıxan əslən Britaniya Kolumbiyası ştatından olan 17 yaşlı Ceffri Syurtelə məxsus olduğu məlum olub. Həmin taleyüklü…
Daha çoxRusiyada avtomobillər sürətlə zibilliyə çevrilir
Rusiyanın avtomobil parkı sürətlə qocalır …2025-ci ilin əvvəlinə Rusiyada işləyən minik avtomobillərinin orta yaşı 15 il yarıma çatıb. Statistikalar göstərir ki, rusların şəxsi avtomobillərinin 70 faizdən çoxu on ildən artıqdır. Bir il əvvəl eyni göstərici altı ay az, 15 il təşkil edirdi. Bu rəqəm nə dərəcədə əhəmiyyətlidir? Bəs başqa ölkələrdə vəziyyət necədir? SİA-nın məlumatına görə, ABŞ-da avtomobillərin tez-tez dəyişdirilməsi ilə bağlı yayılmış inancın əksinə olaraq (təxminən beş ildən bir), Amerika avtomobil parkının faktiki orta yaşı 12,6 ildir. Oxşar mənzərə Avropa İttifaqı ölkələrində də müşahidə olunur – 12,3…
Daha çox