Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Ermənistan Müdafiə Nazirliyinə “atəşkəs rejimini pozmamaq” barədə göstəriş verib.
…Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Müdafiə Nazirliyinə dəqiq göstəriş vermişəm. Atəşkəs rejiminin pozulmasına yol verməyin.
SİA-nın əldə etdiyi məlumata görə, o, sosial şəbəkədə yazıb: “Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”.
Bundan əvvəl Paşinyan qeyd edib ki, o, sülh müqaviləsi layihəsini imzalamağa hazırdır(?).
…Martın 16-dan 19-dək Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin sərhəddə 9 dəfə atışma olması ilə bağlı bəyanatlarını təkzib edib.
Ermənistan Müdafiə Nazirliyi hər dəfə qeyd edir ki, “Azərbaycan Respublikası Ermənistan Respublikasına ER Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulmasına dair heç bir faktiki məlumat və ya sübut ötürməyib”..?
Əli Babayev