İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb. Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.
Mühacirlərin Fil Dişi Sahili, Seneqal, Qvineya və Malayziya vətəndaşları olduqları bildirilib.
Tunisin Sfaks şəhərindən yola çıxan rezin qayıqda 56 nəfər olub.
Bundan başqa, ötən gün Lampeduza adasına beş qayıqla, ümumilikdə, 213 miqrant gəlib. Hazırda adadakı miqrant düşərgəsində 230 nəfər var.