Hərbi geyimdə olan Belousov videoda hərbçilərə müraciət edib


Rusiyanın müdafiə naziri Andrey Belousov hərbçilərə videomüraciət edib.

SİA-nın məlumatına görə, videonu hərbi idarənin mətbuat xidməti Telegram-da yayıb.

Müdafiə Nazirliyi rəhbərinin müraciəti martın 19-da peşə bayramı qeyd olunan sualtı qayıqçılara ünvanlanıb.

Nazir xidmətin çətinliyini və sualtı ekipajların yüksək məsuliyyətini qeyd edib.

Belousov qeyd edib ki, sualtı qayıqlar Dünya Okeanının bütün ərazilərində, o cümlədən Arktika buzlarının altında onlara verilən tapşırıqları nümunəvi şəkildə yerinə yetirirlər. Bundan əvvəl Belousov Rusiya Silahlı Qüvvələrində xidmət edən qadınlara müraciət edib.

O, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və xüsusi hərbi əməliyyat zamanı rus qadınlarının ümumi işə verdiyi töhfəni qeyd edib.

Əli Babayev

Əlaqəli Xəbərlər