Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq


Azərbaycandakı texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal olunacaq. SİA xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.

Bu məqsədlə texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarını istehsal edən rezidentlərin cəlb edilməsi nəzərdə tutulub.

Strategiyaya əsasən, Azərbaycanda süni intellekt sahəsində əlverişli biznes mühitinin yaradılması uçun yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit verilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər