…Volkswagen şirkəti olan Audi, 2029-cu ilə qədər Almaniyadakı zavodlarında inzibati heyət, mühasiblər, katiblər və mühəndislər də daxil olmaqla 7500 ağ yaxalı işini ixtisar edəcək.
SİA-nın məlumatına görə, göstərilən rəqəm Audi işçilərinin ümumi sayının 17 faizini (45 min nəfər) təşkil edir.
Əlavə ixtisarların edilməsi barədə qərar 2024-cü ildə “Audi” avtomobillərinin qlobal satışlarının fiziki ifadədə 11,8 faiz azalması, həmçinin Çin şirkətlərinin artan rəqabəti və artan siyasi risklər səbəbindən qəbul edilib.
Audi şirkətinin baş direktoru Gernot Döllner mətbuata bildirib ki, şirkətin məqsədi dəyişikliklərə daha səmərəli və çevik reaksiya verməkdir – bu səbəbdən işçilərin ixtisarı qaçılmazdır.
Audi özünün ən kapital və enerji tutumlu istehsal proseslərini Almaniyadan kənara köçürməyi planlaşdırır. Həmçinin şirkətin gündəliyində büdcəli elektromobilin buraxılması və Audi üçün süni intellekt və rəqəmsallaşdırma texnologiyaları üzrə qlobal mərkəzin yaradılması da var.
Nazlı Almuradova