2024-cü ilin sonunda Ermənistanın dövlət borcu…


Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda 5 trilyon dram və ya 12,8 milyard dollar təşkil edib.

SİA-nın məlumatına görə, bu barədə respublikanın maliyyə naziri Vahe Ovannisyan martın 19-da Milli Assambleyada parlamentin İqtisadi məsələlər üzrə daimi komitəsinin iclasında 2024-cü il dövlət büdcəsinin icrasının gedişi və yekunları haqqında hesabatın müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, 2023-cü ilin sonu ilə müqayisədə respublikanın dövlət borcu 6,2 faiz artıb.

…Bununla belə, ümumi daxili məhsulla müqayisədə Ermənistanın dövlət borcu 0,1 faiz bəndi azalaraq 48,3 faiz təşkil edib ki, bu da kifayət qədər sabit və təhlükəsiz göstərici hesab olunur, -deyə Ovannisyan bildirib.

Eyni zamanda, hökumət nümayəndəsinin qeyd etdiyi kimi, vergilərin ÜDM-ə nisbəti 23,6 faiz təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən aşağıdır.

…Lakin onu da qeyd etmək yerinə düşər ki, son 7 ildə vergilərin ÜDM-ə nisbəti 2,8 faiz bəndi – 20,8 faizdən 23,6 faizə yüksəlib.

Bunu da erməni nazir əlavə edib.

Əli Babayev

Əlaqəli Xəbərlər