Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb. O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Daha çox

Tramp Putinə zəng etməzdən əvvəl Starmerlə əlaqə saxlayıb…

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan telefon danışığından əvvəl dünən axşam Böyük Britaniyanın baş naziri Keir Starmer ilə danışıqlar aparıb. SİA-nın məlumatına görə, bu barədə “The Guardian” yazır. Starmerin sözçüsü bildirib ki, baş nazir şənbə günü “İstəyənlərin Koalisiyası” çərçivəsində beynəlxalq liderlərlə söhbəti barədə Trampa məlumat verib. Starmer həmçinin ədalətli və davamlı sülhün əldə edilməsində Ukraynaya maksimum dəstək vermək üçün birgə çalışmağın vacibliyini vurğulayıb. Yeri gəlmişkən, Putin və Trampın danışıqlarının bu gün baş tutması planlaşdırılır. Əli Babayev

Daha çox

“Ölkəmiz dünyəvi sistemlə idarə olunur”

“Ölkəmiz dünyəvi sistemlə idarə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib. O bildirib ki, bu dünyəvi sistemdə də hər şey bəllidir: “Din dövlətin işlərinə qarışmır. Dövlət dinlə idarə olunmur, konstitusiya ilə idarə olunur. Xalqımızın çoxu müsəlman olsa da, dövlət bütün dinlərə eyni yanaşır. Hər kəs konstitusiya qarşısında eyni məsuliyyəti daşıyır. Ölkəmizdə olan digər dinlərə də konstitusiyamız təminatını verib. Çox multikultural, mədəni şəkildə ölkəmizdə həm yəhudilər, həm xiristianlar, müxtəlif din mənsublarının haqları, hürriyyətləri təmin olunur. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik…

Daha çox

“Azərbaycanın yol şəbəkəsinə yeni nəfəs gətirir və bu işlər bu gün bitmir, davamlıdır”

“Cənab Prezidentin iştirakı ilə bütün bölgələrdə demək olar ki, yeni yol infrastrukturu qurulur, mövcud yollar təmir olunur və açılışı olur. Xoşbəxt bir tarix yaşayırıq. Ona görə ki, işğaldan azad olunan ərazilərdə yeni yol infrastrukturu qurulur. Amma təəssüflər olsun ki, yol infrastrukturu ilə bağlı, əvvəllər yol verilən xətalar və digər hərəkətlər olub və bu yaxşı nəticələr olmuyub”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu səbəblərdən dolayı cənab Prezident özü şəxsən yolların tikintisi və istismara verilməsi prosesində çox ciddi münasibət sərgiləyir və özü bir çox…

Daha çox

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram. Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur. Novruz bayramı milli təfəkkürümüzün…

Daha çox

Estetik prosedurlar: gözəllik, yoxsa təhlükə?

“Estetik əməliyyatlar artdıqca əməliyyatların nəticələrindən olan şikayətlərin sayı da artır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, ölkə mediasında hər gün bir həkimlə bağlı narazılıq yayılır: “Qanunsuz fəaliyyət göstərən klinikalar, təhsilsiz həkimlər barədə isə ciddi ölçü götürülmür. Beləcə, təhsilsiz “həkim”lər insan sağlamlığına zərər vurmaqla saysız-hesabsız estetik müdaxilələr edir, problem yarananda isə heç bir məsuliyyət daşımırlar. Estetik əməliyyata olan həvəs gözəllikdən çox təhlükəli nəticələrə səbəb olduğu halda qadınlar bu asılılıqdan qurtula bilmir. Sosioloq Lalə Mehralı deyib ki, zaman gözəllik anlayışlarını, kriteriyalarını dəyişdi: “Əvvəllər spesifik gözəllik anlayışı var…

Daha çox

Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib

Abşeronda 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrut xətlərinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, hərəkət sxemi Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işlərinin başa çatması ilə əlaqədar dəyişdirilib.

Daha çox

Azərbaycanda bəzi qadınlar niyə boşanmağa meyillidir?

“Ümumiyyətlə boşanma ilə bağlı müraciətlər son vaxtlar artıb. Xanımlar və bəylər daha çox boşanmaya üstünlük verirlər, nəinki ailə qurmağa və ya qurulan ailəni qurtarmamağa üstünlük vermirlər. Bəzən bu kimi hadisələr, boşanma halları digər insanlara da pis mənada təsir edə bilir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, insanlar düşünürlər ki, bizim də həyatımızda hər an boşanma halları ola bilər və evlənməsək daha yaxşı ola bilər: “Amma təəssüflər olsun ki, təkcə qadınlar yox, kişilər də boşanma faktoruna meyilli olur. Amma əlbəttə ki, qadınlar son vaxtlar kişilərdən şiddət…

Daha çox

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər. SİA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin martın 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Nikosiya şəhərinə səfəri nəzərdə tutulub. Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türk dövlətlərindən olan qonaqlar və ŞKTR-də təhsil alan əcnəbi tələbələr xalqın qədim adət-ənənələri ilə tanış olacaqlar. Səfər martın 23-də başa…

Daha çox