Parkinq problemlərinin həll yolları NƏLƏRDİR?

“Avtomobil sahiblərinin haqlı etirazlarından biri də parkinq sisteminin demək olar ki, gözləntiləri doğrulda bilməməsidir. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri vardır. Əsas səbəblərindən biri yer probleminin olmasıdır. Yəni kifayət qədər ərazilərin parkinqləri ödəyə bilməməsidir. İkinci məsələ isə parkinqlərdə, xüsusən şəhərin mərkəzi ərazilərində qiymətlərin baha olmasıdır. Bu öz növbəsində insanları məmnun etməyən səbəblərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə, digər məsələ isə yanlış yerlərdə yəni təcili hallarda avtomobilini yerləşdirməyə yer tapmadıqda artıq həmin şəxs başqa alternativ yerlər axtarmağa başlayırlar: “Küçədə, səkidə, digər…

Daha çox

“Sosial xidmət haqqında” qanuna dəyişikliklər ilk oxunuşda qəbul edilib

Milli Məclis “Sosial xidmət haqqında” qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə edilən qanun layihəsinə əsasən, qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Qeyd olunan dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır. Layihədə bildirilib ki, 11-ci və 12-ci maddələrə təklif edilən dəyişikliklər sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır.…

Daha çox

“Nəqliyyat ekspedisiya haqqında” yeni qanun hazırlanır

Azərbaycanda “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır. SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika Komissiyası”nın iclasında komissiyanın sədri Kamran Həbibov bildirib. Onun sözlərinə görə, Komissiya üzvləri bu prosesdə aktiv iştirak edirlər. İclasda ötən müddətdə görülən işlər, dövlət-özəl dialoqunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsində müddətlərin qısadılması, bir çox xidmətlərin rəqəmsallaşması kimi irəliləyişlərə nail olunduğu diqqətə çatdırılıb. Komissiya üzvləri konteyner yüklərin daşınmasında bu ildən çəki və hündürlük məsələlərinin ortaya çıxdığını və bunun yerli daşıyıcıların işinə çətinliklər yaratdığını bildiriblər. Eyni zamanda, “İpəkyolu” terminalında qrup malların…

Daha çox

Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Daha çox

“Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat” təsdiqlənib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Təlimat dəmiryol stansiyasında (bundan sonra – stansiya) qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya, mərkəzləşmə və bloklama (bundan sonra – SMB) qurğularının, həmçinin siqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğu hallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqda qatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinə yetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dair tələbləri müəyyən edir. Onun tələbləri qatarların hərəkəti…

Daha çox

“Yaz sadəcə günəşin parlaqlığı ilə özünü göstərmir”

“Torpaq çərşənbəsinin tarixi haqqında danışmaq, standart tarix haqqında danışmağa bərabər deyil”. Bu sözləri SİA-ya açıqlamasında tarixçi Paşa Həsənli deyib. O bildirib ki, onun tarixini müəyyənləşdirmək mümkün deyil: “Baharın gəlişi, təbiətin oyanması bir prosesdir və bu zaman alır. Qışdan yaza keçiddir. Hesab edilir ki, get-gedə təbiət oyandıqca proses gedir və torpaq çərşənbəsi axırıncı çərşənbədir. Torpaq çərşənbəsi bir kulminasiya nöqtəsidir. Torpaq çərşənbəsinə qədər torpaqda oyanmalar gedir. Torpaq isinir, temperatur qalxır və elə bir mərhələyə gəlir ki, 4-cü çərşənbədə həm də torpaq oyanır. Bitkiləri yetişdirmək üçün torpaq artıq oyanmış olur. Müəyyən bir müddət…

Daha çox

“Azərbaycan Sənaye Korporasiyası” dövlət orqanlarının vahid indeks siyahısından çıxarılıb

Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Siyahıdan ləğv prosesində olan “Azərbaycan Sənaye Korporasiyası” ASC çıxarılıb.

Daha çox

Bu obyektlərin qeydiyyat xərclərinin ləğvi qəbul edilib

Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir. SİA xəbər verir ki, bununla bağlı “Baytarlıq haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edilib ki, “Baytarlıq haqqında” qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilmiş və qeydiyyatın Azərbaycan Respublikasının Qida…

Daha çox