Türkiyənin Van gölünün dibində qədim şəhərin qalıqları aşkar edilib


…Kəşf, ekspertlərin fikrincə, göldə suyun səviyyəsinin qalxdığını göstərir. Qalıqlar 15 metr dərinlikdən tapılıb.

SİA-nın məlumatına görə, Türkiyədə yerləşən Van gölündə 15 metr dərinlikdə mütəxəssislər qədim qala və divar qalıqlarına rast gəliblər.

Sualtı görüntüləmə direktoru Tahsin Ceylanın sözlərinə görə, bu, suyun səviyyəsinin yüksəldiyini göstərir. Sonuncu dəfə bu, çoxdan baş vermişdi.

…Bu tikilinin keçmişdə suyun üstündə olduğunu nəzərə alsaq, Van gölünün illər ərzində 15-20 metr yüksəldiyi qənaətinə gələ bilərik, – deyə Ceylan qeyd edib.

Sualtı qrup daha sonra su anbarının dərinliklərini araşdıracaq. Bu dəfə də amfora parçaları ilə rastlaşa biliblər.

Tədqiqatçılar onların qədim yaşayış məskəninə aid ola biləcəyini ehtimal edirlər.

Bundan əvvəl kanadalı və türk alimlərinin Türkiyədə Orta Anadolu yaylası altında qeyri-adi geoloji hadisənin şahidi olduqları bildirilib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər