…Yanvar-fevral aylarında Rusiyada yeni Çin minik avtomobillərinin satışı illik müqayisədə 17 faiz azalıb.
SİA xəbər verir ki, Avtostat agentliyinin məlumatına görə, bu müddət ərzində Çin markalı 91 min avtomobil satılıb.
Bundan başqa, Çindən gələn avtomobillərin Rusiya bazarında payı il ərzində 59,5-dən 54,5 faizə qədər azalıb.
…“Haval” rusiyalı alıcılar arasında populyar olmaqda davam edir: bu ilin ilk iki ayında bu markalı 21,4 min avtomobil satılıb.
7,9 min satışla Haval Jolion krossoveri “çinlilər” arasında model reytinqində liderdir.
17,3 min nəticə ilə Chery Orta Krallığın brendləri arasında ikinci yerdədir.
Model reytinqində ikinci və üçüncü yerləri Chery Tiggo 7 Pro Max (7,7 min satıldı) və Chery Tiggo 4 Pro (4,9 min) modelləri tutub.
Brendlər arasında üçüncü yerdə Geely (11,3 min) qərarlaşıb. Modellər arasında 4,2 min satışı ilə Monjaro krossoveri dördüncü yerdə qərarlaşıb.
İlk beşliyə Changan və OMODA da daxil olub (müvafiq olaraq 9,5 min və 4,4 min avtomobil satılıb). Changan CS55 Plus/UNI-S SUV təxminən 4,2 min nəticə ilə ən çox satılan beş modeli tamamlayıb.
Nazlı Almuradova