…Göteborq Universitetinin mütəxəssislərinin proqnozlarına görə, Arktika 2027-ci ilə qədər tamamilə buzdan azad olmaq riski daşıyır. Bu proses, istixana qazlarının emissiyalarını azaltmaq üçün bütün səylərə baxmayaraq, geri dönməzdir.
Qlobal iqlim dəyişikliyi özünü çox gözlətməyəcək və yaxın illərdə bəşəriyyət “məşhur eranın” başlanğıcı ilə üzləşə bilər.
SİA-nın məlumatına görə, İtaliyanın cənubunda temperaturun -20°C-ə qədər kəskin enməsi, Skandinaviyada isə irimiqyaslı meşə yanğınlarının baş verəcəyi proqnozlaşdırılır.
London, Sankt-Peterburq, Nyu-York, Qahirə, Venesiya və Honq-Konq da daxil olmaqla bir çox sahil şəhərləri daşqın təhlükəsi ilə üzləşəcək.
Alimlər dəniz səviyyəsinin qalxması səbəbindən 200 milyondan çox insanın qaçqın düşəcəyi barədə xəbərdarlıq edirlər.
Bundan əlavə, Arktika buzlarının əriməsi qədim virus və bakteriyaların yayılması riskini daşıyır. Bu, bubon taunu da daxil olmaqla təhlükəli xəstəliklərə səbəb ola bilər.
… Daily Mail xəbər verir.
Əli Babayev