Belqraddakı aksiyada 107 minədək insan iştirak edib


Serbiyanın paytaxtı Belqradda keçirilən aksiyada 107 minədək insan iştirak edib. SİA xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tələbələr və ölkənin müxtəlif yerlərindən gələnlərin sayı təxminən 107 min civarında olub. Hər hansı insident və ictimai asayişin və əmin-amanlığın pozulması halları qeydə alınmayıb.

“15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndiriblər. Professorlar və tələbələr çıxış ediblər. Axşam saatlarında aksiya iştirakçılarının sayı davamlı olaraq azalıb.

Serbiya Prezidenti Aleksandar Vuçiçin gecə saatlarında ictimaiyyətə müraciət edəcəyi bildirilib.

Aksiya səbəbindən şəhərdə nəqliyyatın hərəkəti dayanıb, əsas avtomagistrallar və yolayrıcları tamamilə bağlanıb.

Qeyd edək ki, insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə aksiya keçiriblər.

Əlaqəli Xəbərlər