Bağda oynayan üç azyaşlı uşaq bubi tələsində ölüblər…


Venesuelada üç azyaşlı uşaq evlərinin qarşısındakı bağçaya uçurtma uçurmaq üçün gediblər və minaya düşüblər.

SİA xəbər verir ki, bu barədə Need To Know (NTK) məlumat yayıb.

…Üç yaşlı Beyla Sosa, onun altı yaşlı qardaşı Dilan və həmyaşıdı Edqar Tovar Quariko ştatının Sarasa şəhərində bir neçə evin ortaq bağçasında oynayarkən partlayış baş verib. Həmin vaxt Beylə və Dilanın anası evdə olub. O, partlayışdan əvvəl “butulkanın açılması səsini” eşitdiyini söyləyib.

Qadın küçəyə qaçıb və yerdə yaralı uşaqları tapıb.

Onlardan birinin qolu və ayağı olmyıb. Zərərçəkənlər təcili olaraq ən yaxın xəstəxanaya çatdırılsa da, həkimlər uşaqları xilas edə bilməyiblər.

Müstəntiqlərin müəyyən etdiyi kimi, həyətdəki səki plitələrindən birinin altında çubuq şəklində bubi tələsi quraşdırılıbmış.

…Polis bildirib ki, əvvəllər həmin küçədə İohanni Maçukinin rəhbərlik etdiyi dəstə fəaliyyət göstərib.

Maçuki və əlaltıları 2024-cü ildə polisin keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.

Müstəntiqlər güman edirlər ki, bubi tələsi o vaxtdan bəri kafellərin altında qalıbmış…

Əli Babayev

Əlaqəli Xəbərlər