Rusiya “bir nömrəli düşmən”inini dəyişdi..?


…Moskva indi ABŞ-ı yox, Britaniyanı bir nömrəli düşmən kimi görür.

SİA xəbər verir ki, bu barədə “Reuters” Rusiya Federasiyasındakı öz mənbələrinə istinadən məlumat yayıb.

Jurnalistlər yazır ki, Moskva ilə London arasında münasibətlərin pisləşməsini bir sıra amillər, xüsusən də diplomatların qarşılıqlı qovulması və Rusiya Xarici Kəşfiyyat Xidmətinin Böyük Britaniyanın guya Trampın Ukraynada sülhün bərqərar olması səylərini pozmaq cəhdi ilə bağlı verdiyi son bəyanatı sübut edir.

Onların Rusiya rəsmiləri arasında olan həmsöhbətləri etiraf ediblər ki, Britaniya hazırda Ukraynada “xaos və müharibəni qızışdırdığı” iddia edilən “Moskvanın əsas düşməni” kimi görünür.

“Reuters”in məlumatına görə, Böyük Britaniyanın baş naziri Key Starmerin Ukraynada Britaniya qoşunlarını yerləşdirməyə və sülhməramlı qüvvələrin meydana çıxacağı təqdirdə Ukrayna hava məkanını mühafizə etməyə hazır olması barədə bəyanatları yüksək rütbəli rus siyasətçilərini .qəzəbləndirib.

Moskva da Starmerin Ukraynanı dəstəkləmək üçün Trampa təsir etmək cəhdlərindən narazıdır. Agentlik həmçinin Londonun əsrlər boyu Moskvanın mövqeyini sarsıtmaq cəhdləri ilə bağlı rus təbliğatçılarının son açıqlamalarına diqqət çəkib.

Aparıcı rus təbliğatçısı Dmitri Kiselev isə bütün Britaniya ordusunun Londondakı “Uembli” futbol stadionuna “sığdıra biləcəyini” “zarafat” edib.

Əli Babayev

Əlaqəli Xəbərlər