ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı planlarını açıqladı …ABŞ kəşfiyyatının məxfi hesabatları Vladimir Putinin Ukraynaya qarşı müharibəni bitirmək istəyini şübhə altına alır. …Və Rusiya liderinin ölkəyə nəzarəti ələ keçirmək kimi maksimalist məqsədindən əl çəkmədiyini iddia edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The Washington Post” yazır ki, 6 mart tarixli məxfi qiymətləndirmələrdən birində deyilir ki, Putin hələ də Kiyevdə hakimiyyəti saxlamaq niyyətindədir. …Bu hesabatlar prezident Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün diplomatik fəaliyyətini və ya təklif olunan 30 günlük atəşkəs perspektivlərini qiymətləndirmək məqsədi daşımır. Lakin onlar…
Daha çoxDay: March 15, 2025
“Biz kifayət qədər bir-birimizi anlayan ölkələrik”
“Azərbaycan dövləti avroasiya məkanında son 20-30 il ərzində çox böyük fəallıq nümayiş etdirib. Bu fəallıq ilk növbədə beynəlxalq inteqrasiyanın inkişafı ilə bağlıdır. Biz bu haqda saatlarla danışa bilərik. Amma bir halda ki, real töhfələr verilməyibsə, sonra əməli addımlar atılmayıbsa, onda bu işlər elə layihə olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan isə həm danışır, həm vədlər verir, həm də əməli işlərini uğurla həyata keçirir. Biz Cənub Qaz Dəhlizinin nə qədər vacib, stratejik əhəmiyyətə vacib olduğunun şahidiyik: “Əvvələr kimlərsə bu layihə ilə bağlı bədgümanlıq…
Daha çoxSu çatışmazlığı metal hasilatını məhdudlaşdıra bilər…
Su çatışmazlığı metal hasilatını məhdudlaşdıra bilər…
Daha çoxXİN başçıları strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev geniş formatda görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və rabitə daxil olmaqla bir neçə əsas sahədə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər. XİN başçıları həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcək planlar və potensiallar barədə də fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarını postmünaqişə vəziyyəti və regiondakı…
Daha çox