“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”. SİA “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Burabayda Milli Qurultayın iclasında söyləyib. “Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, – deyə o bildirib. 2024-cü il oktyabrın 6-da Qazaxıstanda keçirilmiş respublika referendumunda əhalinin əksəriyyəti AES-in tikintisini dəstəkləmişdi. Qeyd edək ki, Qazaxıstan ilk AES-in tikintisi üçün namizədlər müəyyən edib. Siyahıya müxtəlif ölkələrdən dörd şirkət daxil edilib: Çinin CNNC, Cənubi Koreyanın KHNP,…
Daha çoxDay: March 15, 2025
Voronejdə azı 5 Ukrayna PUA-sı vuruldu
Voronejdə azı 5 Ukrayna PUA-sı vuruldu
Daha çoxABŞ bu ölkənin səfirini ölkədən qovdu
ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının (CAR) səfiri İbrahim Rəsulu “persona non-qrata” elan edib. SİA xəbər verir ki, bu barədə M.Rubio “X” sosial şəbəkəsində yazıb. “Biz artıq Cənubi Afrikanın böyük ölkəmizdəki səfirindən məmnun deyilik. İbrahim Rəsul, Amerikaya və Prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç bir şey yoxdur və indi “persona non-qrata” elan olunur”, – paylaşımda qeyd edilib.
Daha çoxRamazanın 15-ci gününün duası
Sabah Ramazan ayının 15-ci günüdür. SİA xəbər verir ki, imsak vaxtı saat 05:26-da, iftar vaxtı isə 19:02-dədir. İmsak duası: “Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl- xaifin”. Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül…
Daha çoxAlmaniyada fondun yaradılması məsələsində razılığa gəlib
Almaniyada federal seçkilərin qalibi olan Xristian Birlik (CDU/CSU), eləcə də Sosial Demokrat (SPD) və Yaşıllar partiyaları iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard avroluq maliyyə paketi barəsində razılığa gəliblər. SİA “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə CDU lideri və ehtimal olunan gələcək Kansler Fridrix Merts Berlində təşkil olunan mətbuat konfransında məlumat verib. F.Merts razılaşmanın uzun və gərgin danışıqlardan sonra əldə olunduğunu vurğulayıb. Razılaşmaya əsasən, müdafiə, mülki müdafiə və kiber təhlükəsizlik sahələrinə də əlavə vəsait ayrılacaq. Bundan əlavə, federal əyalətlərə büdcə kəsirini 0,35 faizə qədər artırmağa imkan veriləcək. Yaşıllar…
Daha çoxAzərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir
Nizami Gəncəvi Beynəlxalq Mərkəz təqdirəlayiq iş görür – sabiq liderləri və diplomatları dünyanın hər yerindən bir araya toplayaraq bu günü və gələcəyi müzakirə etməyə şərait yaradır. Bizə cəsarət, aydın baxış, sülh və iqtisadi sabitlik, həmçinin həyatımızı asan və daha yaxşı edən siyasət lazımdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Albaniyanın INFOWEB media qurumunun rəhbəri Anisa Bahiti deyib. O, Azərbaycan və Albaniya arasındakı diplomatik əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdıraraq, Bakıda Albaniya səfirliyinin açılmasını bunun bariz nümunəsi kimi göstərib. Anisa Bahiti, həmçinin çağırış edərək bildirib ki, yaşamağın mümkün…
Daha çoxTrampın Putinlə münasibətləri düzəltmək cəhdi BRİKS-ə qarşı yönəlib?
BRİKS: Putin və Trampın yaxınlaşması de-dollarizasiya üçün nə deməkdir? …De-dollarizasiya BRICS-in ən iddialı layihələrindən biridir. Artıq uzun illərdir ki, geosiyasi assosiasiya ABŞ dollarından imtina etməyə və amerikalıların hökmran olduğu maliyyə nizamına alternativlər tapmağa çalışır. Belə ki, BRİKS-in ötən ilin oktyabrında Kazanda keçirilən sammitində ABŞ dollarının monopoliyasından necə çıxmaqla bağlı açıq müzakirə aparılıb. …Bununla belə, Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yaxınlaşma əlamətləri BRİKS-in maliyyə siyasəti layihəsini kök atmamışdan əvvəl basdıra bilər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Moskvada yaşayan politoloq Andrey Korıbko…
Daha çoxXII Qlobal Bakı Forumu ilə bağlı XARİCİ QONAQLAR NƏ DÜŞÜNÜR?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Forumda bir sıra dünya ölkələrinin sabiq prezidentləri, ictimai xadimləri, diplomatları və s. iştirak edir. Mövzu ilə əlaqədar olaraq SİA forumda iştirak edən xarici nümayəndələrin…
Daha çoxPutinin “Matuşka Rossiya”nı bərpa etmək arzusu var, bu isə…
ABŞ kəşfiyyatı Putinin Ukrayna ilə bağlı planlarını açıqladı …ABŞ kəşfiyyatının məxfi hesabatları Vladimir Putinin Ukraynaya qarşı müharibəni bitirmək istəyini şübhə altına alır. …Və Rusiya liderinin ölkəyə nəzarəti ələ keçirmək kimi maksimalist məqsədindən əl çəkmədiyini iddia edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The Washington Post” yazır ki, 6 mart tarixli məxfi qiymətləndirmələrdən birində deyilir ki, Putin hələ də Kiyevdə hakimiyyəti saxlamaq niyyətindədir. …Bu hesabatlar prezident Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün diplomatik fəaliyyətini və ya təklif olunan 30 günlük atəşkəs perspektivlərini qiymətləndirmək məqsədi daşımır. Lakin onlar…
Daha çox“Biz kifayət qədər bir-birimizi anlayan ölkələrik”
“Azərbaycan dövləti avroasiya məkanında son 20-30 il ərzində çox böyük fəallıq nümayiş etdirib. Bu fəallıq ilk növbədə beynəlxalq inteqrasiyanın inkişafı ilə bağlıdır. Biz bu haqda saatlarla danışa bilərik. Amma bir halda ki, real töhfələr verilməyibsə, sonra əməli addımlar atılmayıbsa, onda bu işlər elə layihə olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan isə həm danışır, həm vədlər verir, həm də əməli işlərini uğurla həyata keçirir. Biz Cənub Qaz Dəhlizinin nə qədər vacib, stratejik əhəmiyyətə vacib olduğunun şahidiyik: “Əvvələr kimlərsə bu layihə ilə bağlı bədgümanlıq…
Daha çox