Məlumdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. SİA mövzu ilə bağlı QHT sədrlərinin fikirlərini öyrənib. Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin…
Daha çoxDay: March 14, 2025
Ötən il imtiyazlı şəxslərə verilən mənzil və avtomobillərin sayı
2024-cü ildə imtiyazlı şəxslərə ümumilikdə 800 mənzil, 93 avtomobil təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabat dövründə mənzil təqdim olunan imtiyazlı şəxslərə Vətən müharibəsi şəhidinin ailə üzvü, Vətən Müharibəsi Qəhrəmanı və ya onların ailə üzvləri, Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər, I Qarabağ müharibəsi şəhidinin ailə üzvü, I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, 20 Yanvar faciəsi ilə bağlı əlilliyi müəyyən edilən şəxslər və 20 Yanvar şəhidinin ailə üzvü, Çernobıl AES-də qəza ilə bağlı əlilliyi…
Daha çoxİspaniya XİN Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə olunmasına dəstəyini ifadə edib
İspaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə razılaşmanın əldə olunması barədə bəyanatları alqışlayır. Bu Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq istiqamətində mühüm addımdır. SİA xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirib. “İspaniya ümid edir ki, bu, iki ölkə arasında yekun sazişin imzalanmasına gətirib çıxaracaq”, – bəyanatda qeyd edilib. İspaniya XİN Cənubi Qafqazda sabitliyə və sülhə sadiqliyini bir daha təsdiqləyib.
Daha çox“Hərəkəti yönləndirir, istiqamətləndirir, axının qarşısını alır”
“”Yaşıl dalğa”nın üstünlükləri, əlbəttə ki, var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bunun əsas özəlliyi ondan ibarətdir ki, hərəkət edən zaman bütün nəqliyyat vasitələri istiqamət üzrə dayanmadan gedirlər: “Amma bunun həm də mənfi tərəfləri var. “Yaşıl dalğa”da hərəkət edən nəqliyyat vasitələri rahat hərəkət edə bilirlər. Onlar dayanmadan, müəyyən problemlər yaranmadan hərəkət edirlər. Amma “Yaşıl dalğa”ya düşməyən nəqliyyat vasitələri üçün isə bu, çətin olur. Ona görə çətin olur ki, müəyyən hərəkət qrafikinə uyğunlaşa bilmirlər. Yəni küçənin kəsişməsində gözləmə mövqeyində olurlar. Misal üçün, “Yaşıl dalğa”da…
Daha çox5 minə yaxın ipoteka krediti verilib
2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 4 685 ipoteka krediti verib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 16,3 % azdır. Ötən il 3 609 (əvvəlki ilə nisbətən 7,5 % az) adi, 1 076 (36,7 % az) güzəştli ipoteka krediti verilib. İl ərzində Fond 432,7 milyon manatlıq ilkin (4 601 kredit) və 447,5 milyon manatlıq (4 893 kredit) yenidən maliyyələşmə əməliyyatı aparıb, ilin sonuna Fondun ipoteka kreditləri portfeli 2,2 milyard manatdan çox olub.
Daha çox5 milyard manatdan çox vergi borcu ləğv edilib
2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,1 % az, 12,2 % çox, 10,1 % az və 5,7 % azdır. Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə…
Daha çoxBaş nazir Milli Məclisdə hesabat verir
Hökumət Milli Məclisdə hesabat verir. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək. Baş nazir Əli Əsədov hesabatı təqdim edir. Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir: “Hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır”.
Daha çoxVəkillər Kollegiyasının sədri vətəndaşları qəbul edib
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib. Bu barədə SİA-ya kollegiyadan məlumat verilib. Bildirilib ki, ARVK-nın binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb. Qəbul çərçivəsində vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda sədr məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib. Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya…
Daha çoxKameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb
2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb. Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması…
Daha çox10 mindən çox insan azad olunan ərazilərə köçürülüb
Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavəndə köçürülüb. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 2024-cü il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhərinə 163 ailə (536 nəfər), Laçın rayonunun Zabux kəndinə 14 ailə (40 nəfər), Laçın rayonunun Sus kəndinə 59 ailə (215 nəfər), Cəbrayıl şəhərinə 287 ailə (1169 nəfər), Qarabağ iqtisadi rayonuna daxil…
Daha çox