İcma rəhbəri Qərbi Azərbaycana qayıdış ideyasının ümummilli hədəf olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı danışıb. O qeyd edib ki, Nazirlər Kabinetinin hesabatında da bu məsələyə xüsusi yer verilib: “Hesabatda elmi institutlarda Qərbi Azərbaycanla bağlı şöbələrin yaradılması əks olunub. Dövlət qurumları Qərbi Azərbaycana qayıdışla əlaqədar konkret işlər görüblər. Bu sahədə görülən işlərə gələn ilin hesabatında geniş yer verilməsini təklif edirəm”.
Daha çoxDay: March 14, 2025
Azərbaycan 217 beynəlxalq kredit sazişi imzalayıb
Bu il yanvarın 1-nə Azərbaycan dünyanın nüfuzlu inkişaf bankları və fondları, həmçinin müxtəlif beynəlxalq maliyyə təşkilatları ilə 217 kredit sazişi imzalayıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu sazişlər ölkənin sosial-iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edən sahələr üzrə 174 layihənin maliyyələşdirilməsini təmin edib. İmzalanmış sazişlərdən 105-nin müddəti başa çatıb, 112-si qüvvədədir. Hazırda xarici kreditlər hesabına ölkə daxilində 6 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 2, sosial sektor üzrə 1, ekologiya sektoru üzrə 1, elektrik infrastrukturu sektoru üzrə 1, su…
Daha çoxŞimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri martın 14-də başa çatıb. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Şimali Makedoniya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
Daha çoxBankların kredit faizlərinin yüksəkliyi nə ilə bağlıdı?
“Azərbaycanda bank faizlərinin yüksək olmasının bir neçə səbəbi var. Yəni faizlərin yüksək olması tək səbəbdən ibarət deyil. Mərkəzi Bankın uçot dərəcəsi kifayət qədər böyük və yüksək səviyyədədir. İkinci səbəb isə Azərbaycanda depozitlərin faizlərinin də yüksək olması ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, indi banklar 11- 12 %-lə əhalidən depozit götürür və daha ucuz kredit vermək mümkün deyil. Üçüncü məsələ isə rəqabətli mühit zəifdir. Azərbaycanda başqa ölkələrdə olduğu kimi birbaşa beynəlxalq səviyyəli banklarında iştirakını təmin etmək lazımdır ki, ölkədə rəqabətli bir mühit yaransın:…
Daha çoxStrateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində səmərəliliyi yüksəldib
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqa və dövlətə yeni böyük uğurlar gətirib. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatı ilə bağlı danışarkən deyib. O bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanın inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib: “Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilib”. S.Qafarova əlavə edib ki, ötən il ümumi daxili məhsulun artımı həm neft, həm…
Daha çoxÖtən il 3 min km yol salınıb
2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 3 032,4 kilometr təşkil edən yol salınıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, ötən il Avtomobil Yolları Dövlət Agentliyi Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı Kəlbəcər-İstisu avtomobil yollarının inşasını aparıb, 35 avtomobil yolunun layihələndirilməsini və tikintisini yerinə yetirib, o cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və yerli əhəmiyyətli 2 157 kilometr yol salıb. Dövlət Proqramına uyğun olaraq il ərzində işğaldan azad olunmuş ərazilərdə 7…
Daha çoxErmənistan-Azərbaycan sərhədində Aİ missiyasının olması regional sabitlik üçün riskdir
Ermənistan ərazisində, Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının olması Cənubi Qafqaz regionunda sabitlik üçün ciddi risklər yaradır. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunun kuluarlarında jurnalistlərə bildirib. “Avropa İttifaqının missiyası artıq ikinci ildir ki, mülki missiya adı altında fəaliyyət göstərir, lakin əslində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyəti regionda sabitliyə ciddi risklər yaradır”, – o qeyd edib. Nazir müavininin sözlərinə görə, Bakı və İrəvan artıq sülh sazişinin mətnini hətta təsdiqləsələr belə, Cənubi Qafqazda dinc yanaşı yaşamaq üçün bir sıra mühüm…
Daha çoxSəyyar vergi yoxlamaları ilə 530 milyon manat əlavə vəsait hesablanıb
2024-cü ildə Azərbaycanda 393 səyyar vergi yoxlaması açılıb və 384 səyyar vergi yoxlaması başa çatdırılıb, bununla əlaqədar hesablanmış əlavə vəsait 530,7 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,7 %, 28,5 % və 2 % azdır. Hesabat dövründə başa çatmış səyyar vergi yoxlamaları ilə əhatə olunanların 97,7 %-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Hesablanmış əlavə vəsaitin 363,3 milyon manatı və yaxud 68,5 %-i əlavə hesablanmış vergi, 167,4 milyon manatı və…
Daha çoxÜfüqdəki sülh
Yaxud, Ermənistanla Azərbaycan arasında etibarlı sülh olacaqmı? Ermənistanla Azərbaycan arasında gedən 44 günlük müharibənin sonunda ermənilər kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldılar. 30 ildən artıq davam edən münaqişəni qısa müddətdə həll etməklə beynəlxalq güclərin bacarmadığını etdi, ədalətli postmüharibə mənzərəsini yaratdı. Ermənistanın səhv etdiyini ona ağır bədəl ödətməklə başa saldı. Müharibədən 4 il 4 ay keçir, amma hələ də çoxdan müzakirə olunan sülh müqaviləsi imzalanmayıb. Yenə də bəzi güclərin oyunpozanlığı sayəsində revanşist ermənilərin zəif müharibə bağırtıları eşidilməkdə idi. Ta ki, rəsmi İrəvanın çıxış yolu qalmayana qədər. Bəli, artıq hərəkətlənmə var, Ermənistan hakimiyyəti…
Daha çoxŞərqi Zəngəzurda icarəyə verilmiş əkin sahələrinin ölçüsü
2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar əkin sahəsi (o cümlədən 720 hektar örüşün), Qubadlı rayonunda isə 2 000 hektar əkin sahəsi uzunmüddətli (40 il), 2024-2025-cü təsərrüfat ili üçün isə 60,8 min hektar əkin sahəsi üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, ölkə Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 27 aprel 2021-ci il tarixli fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə 4,7 min…
Daha çox