2024-cü ildə Azərbaycanda bir dini icma qeydiyyata alınıb, altı dini icmanın qeydiyyatı ləğv olunub. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bununla da ötən ilin sonuna ölkə ərazisində 2 min 377 məscid, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcud olub. Qeydiyyatdan keçmiş dini qurumların sayı 1003-ə çatıb ki, onların 957-si İslam, 27-si Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i isə Krişna Şüuru dini icmaları tərəfindən təsis olunub.
Daha çoxDay: March 14, 2025
Dubinski Zelenskinin yüksək reytinqini göstərən sorğunu tənqid edir
Vətənə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski ölkə prezidenti Vladimir Zelenskiyə yüksək reytinq göstərən sorğunu tənqid edib. SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb. …Zelenskinin reytinqini sifarişli nəşrdə 72 faizlə göstərən qlobalist çuxur dərhal yazır ki, onu qadınlar, gənclər və şərq bölgələrinin sakinləri dəstəkləyir. Heç olmasa xəritəni aça bilərdilər, axmaqlar, Bunu Dubinski yazıb. Ukraynalı parlamentari izah edib ki, şərq bölgələrində qızğın münaqişə səbəbindən Zelenskiyə “ölümcül nifrətlə nifrət edirlər”..? Əli Babayev
Daha çoxHökumət Ödəniş Portalının əhatəsi bir qədər də genişləndirilib
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatə dairəsini bir qədər də genişləndirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, ötən il HÖP-ə 2 kommunal xidməti müəssisəsi və 120-dən çox ali və orta ixtisas təhsil müəssisəsi qoşulub. Beləliklə, hazırda Portalda 11 mərkəzi icra hakimiyyəti orqanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti, 6 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə…
Daha çoxDiasporla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə həyata keçirəcəyi layihələr
Diasporla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə həyata keçirməyi nəzərdə tutduğu layihələr açıqlanıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan azərbaycanlı gənclər üçün yay-qış düşərgələrinin və bazar günü məktəblərinin təşkili diqqətdə saxlanılır və son illərdə ölkə daxilində və xaricdə bu tədbirin əhatəsi genişlənir. Bu çərçivədə 2025-ci ildə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin, Avropada növbəti qış düşərgəsinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan va Gürcüstanda yay düşərgələrinin, İtaliya (Milan), Almaniya (Hamburq ve Hannover) və Belçikada…
Daha çoxDəniz suyunun duzsuzlaşdırılmasına başlanılacaq
Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı pilot layihənin icrasına başlanılacaq. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, layihənin beynəlxalq normalara uyğun dövlət-özəl tərəfdaşlığı kontekstində icrası məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilib və potensial investorlar müəyyən olunub. Layihənin həyata keçirilməsi üçün 29,6 hektar torpaq sahəsi ayrılıb. Ötən il fevralın 8-də keçirilmiş müsabiqə nəticəsində iddiaçı şirkətlər (“ACWA Power”, “Metito Utilities Limited”, “IDE Water Assets Ltd.”) təkliflər təqdim edib.…
Daha çoxÖtən il “e-reyestr” sisteminə 920 tarix-mədəniyyət abidəsi daxil edilib
2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən “e-reyestr” sisteminə 920 tarix və mədəniyyət abidəsi barədə məlumat daxil edilib. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, bununla da sistemdə ümumilikdə 3,2 min abidə barədə məlumat toplanıb. Abidə barədə GPS koordinatları, tarixi məlumatları, təsviri, dəqiq ölçü planlarını və digər məlumatları özündə əks etdirən 50-dən çox daşınmaz abidənin pasportlaşdırlması işləri, habelə beynəlxalq koordinat sistemi ilə işlənmiş abidələrin mühafizə zonaları üzrə 150-dən çox layihənin hazırlanması istiqamətində işlər həyata keçirilib.
Daha çoxGələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.
Daha çoxSu təsərrüfatının inkişafına 540 milyon manat xərclənib
2024-cü ildə Azərbaycan ərazisində su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatı üçün 540 milyon manat məbləğində vəsait yönəldilib. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib. “Təbii olaraq kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi Hökumət qarşısında duran mühüm çağırışlardan biridir. Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453…
Daha çoxAzərbaycan BMT-nin fəaliyyətinə 1 milyon dollardan çox könüllü ianə edib
Azərbaycan 2024-cü ildə BMT-nin fəaliyyətinə könüllü ianələrlə töhfəsini davam etdirib. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2024-cü ildə BMT Baş Assableyasının 79-cu sessiyasının sədrinin Etimad Fonduna 50 min, BMT Sivilizasiyalar Alyansın isə 1 milyon ABŞ dolları vəsait ayrılıb.
Daha çoxAzərbaycan ərzaq təhlükəsizliyinə 487 milyon manat xərcləyib
2024-cü ildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 milyon manat vəsait ayrılıb. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib. “İl ərzində əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması (özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Aqrar sahədə dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına subsidiyaların verilməsi və digər güzəştlərin tətbiqi davam etdirilib”, – deyə o qeyd…
Daha çox