İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Azərbaycanda biznesə başlamanın daha da yaxşılaşdırılması müzakirə edilib. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor…
Daha çoxDay: March 14, 2025
Ötən il Nazirlər Kabinetinə müraciət edən vətəndaşların sayı
Ötən il Nazirlər Kabinetinin Aparatına vətəndaşlar tərəfindən 18,8 min ərizə, şikayət və təklif daxil olub. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, daxil olan müraciətlərin əsas mövzusunu mənzil, sosial təminat, əmək və əməkhaqqı, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi, kənd təsərrüfatı, ekologiya və meşə təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil, ticarət və pullu xidmətlər, abadlaşdırma, əhaliyə kommunal-məişət xidməti ilə əlaqədar olub. Nazirlər Kabinetinə həmçinin, inzibati orqanların işi, məhkəmə qərarlarından və hakimin…
Daha çoxYatsenyuk Ukrayna silahlı qüvvələrinə qoşulmağa hazırdır
Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyuk ora dəvət ediləcəyi təqdirdə, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa hazır olduğunu bildirib. SİA-nın məlumatına görə, bu barədə Strana.ua xəbər verir. Ölkənin keçmiş baş naziri hərbi xidmətə tabe olduğunu bildirib. Yatsenyuk əlavə edib ki, hərbi münaqişənin ilk günündən o, Ukrayna silahlı qüvvələrinə qoşulmağa hazırdır, kaş ki, ona hərbi xidmətə get desəydilər. Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko atəşkəs dövründə səfərbərliyin dayandırılması ideyasını rədd etmişdi. Onun sözlərinə görə, hazırda bu atəşkəsdən daha çox kimin faydalandığı bəlli deyil. Əli Babayev
Daha çoxNijnevartovskdan Bakıya birbaşa reyslər BAŞLAYACAQ
Rusiyanın “İrAero” aviaşirkəti aprelin 18-dən etibarən Nijnevartovsk-Bakı-Nijnevartovsk birbaşa reyslərinə başlayacaq. Bu barədə SİA aviadaşıyıcının məlumatına istinadən xəbər verir. Bildirilib ki, uçuşlar həftədə bir dəfə cümə günləri “SSJ-100” təyyarələri ilə oktyabrın 19-dək həyata keçiriləcək. Məlumata görə, təyyarə Nijnevartovskdan saat 19:20-də uçuşa başlayacaq, Bakıya gəliş yerli vaxtla saat 22:30-da olacaq.
Daha çox“Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh hələ də həll olunmayıb”
Bu gün “Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi” adlı keçirilən XII Qlobal Forumda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxış edib. SİA xəbər verir ki, Hikmət Çətin qeyd edib ki, iqlim dəyişmələri, miqrasiya və iqtisadi geri sabitlik, ticarət müharibəsi və s. bizim üzləşdiyimiz məsələlərdən biridir. mədas məsələlərdən biridir: “Bizə yenə də sülh lazımdır. Azərbaycanla Ermənistan arasında arasında dayanıqlı sülh hələ də həll olunmadı. Eyni zamanda Orta Şərqdə hələ də həll olunmamaış problemlər vardır. Bununla yanaşı ABŞ Prezidenti Donald Tramp və onun amerikasayağı birtərəfləri çoxtərəfliliyə və əməkdaşlığa xidmət etmir.…
Daha çoxAilə həyatı, yoxsa karyera..?
Karyera, yoxsa ailə həyatı deyə bir sual hər zaman insanları düşündürüb, bu mövzu həmişə aktual olub və aktual olaraq da qalır. Bir sözlə, insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də məhz ailə və karyeradır. Heç şübhəsiz ki, karyera insan həyatında çox önəm kəsb edir və ehtimal ki, insanları da seçim qarşısnda qoyan məhz budur. Etiraf edək ki, bu seçimə qarşı yanaşma da fərqlidir və cəmiyyətimizdə insanlar da bununla bağlı fərqli düşüncəyə malikdirlər. Bu məsələ ilə bağlı SİA-da şəhər sakinlərinin fikrini öyrənməyə çalışıb. Şəhər sakini Rüstəm Cəfərov: “Ölkəmizə son illərdə baxanda…
Daha çoxCeyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşdü – FOTO
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşdü – FOTO
Daha çoxNATO-nun baş katibi Ukraynanın alyansa üzvlüyü ilə bağlı açıqlama verib
Ukraynanın alyansa qoşulması məsələsi artıq gündəmdə deyil. SİA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte təsdiqləyib. O, bu barədə Bloomberg telekanalında bildirib. …Bəli, o, ABŞ prezidenti Donald Tramp həqiqətənmi Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarır?, – sualına cavab verib Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını istisna etmiş, eyni zamanda münaqişənin həlli üçün sülh razılaşmasına nail ola biləcəyinə əminliyini bildirmişdi. Öz növbəsində, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Vladimir Zelenski “Ukraynanın NATO-ya üzvlüyünü gündəmdən çıxarmayacağını” bildirib. Onun sözlərinə görə, əgər Kiyev alyansa…
Daha çoxMilli adət və ənənə – Novruz bayramı
Əcdadlarımızın ilkin təsəvvürlərində Novruza qədərki dörd çərşənbənin hər birini təbiətin bir ünsürü ilə əlaqələndirərək müqəddəsləşdiriblər. “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi” adlandırdıqları ilaxır çərşənbələri insanlar məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, sağlamlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünə, mehribanlığa çağırış kimi qeyd ediblər. İnanıblar ki, bu dörd çərşənbənin hər birində təbiətin dörd ünsüründən biri qış yuxusundan oyanır, süstlükdən, ətalətdən qurtularaq canlanır. Xalq tərəfindən keçirilən böyük el şənliklərinin, mərasimlərin mahiyyətində də bu inam dayanır. Xalqımızın ən qədim və əziz bayramı olan Novruz yurdumuza qədəm qoymaqdadır. Hər dəfə bu bayram…
Daha çox“Yüksəliş” müsabiqəsinin 5-ci mövsümünə start verilib
Ölkəmizdə intellektual səviyyəsi və idarəetmə bacarığı ilə seçilən istedadların peşəkar inkişafını dəstəkləyən “Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü start götürüb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, bu platforma hər bir iştirakçıya qabaqcıl səriştələr qazanmaq və yeni karyera hədəflərinə doğru addımlamaq fürsəti təqdim edir. “Hər birinizi “Yüksəliş” müsabiqəsində fəal iştiraka dəvət edir və uğurlar arzulayırıq”, – deyə nazir bildirib.
Daha çox