Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib

Martın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclası açan Sahibə Qafarova əvvəlcə martın 10-11-də Milli Məclisin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə qısa məlumat verib. Sonra Milli Məclisin sədri bugünkü iclasın gündəliyində bir məsələnin – Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti barədə hesabatının olduğunu deyib. Bildirilib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb və deputatlara bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat təqdim edilib. Sonra Azərbaycan Respublikasının Baş…

Daha çox

BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib

Britaniya məhkəməsi Birləşmiş Millətlər Təşkilatının hakimi Lidiya Muqambeni qadını aldadaraq köləliyə çevirməkdə təqsirli bilib. SİA-nın məlumatına görə, bu barədə ABC News yazır. Prokuror Caroline Howie məhkəmə prosesində andlı iclasçılara bildirib ki, Muqambe onun hüquqlarını bilməməsindən istifadə edərək “zərərçəkmişi istismar edib və onu təhqir edib”. 49 yaşlı təqsirləndirilən şəxs hər şeyi təkzib edib. Bununla belə, Oksford Crown Məhkəməsindəki münsiflər heyəti onu immiqrasiya cinayətləri, məcburi əmək və şahidi qorxutmaq üçün sui-qəsd də daxil olmaqla bütün maddələr üzrə təqsirli bilib. Muqambe günahkar bilinəndən sonra xəstələnib. Hakim hökmü mayın 2-də çıxaracaq. Qeyd edilməlidir ki,…

Daha çox

Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manatı keçib

2024-cüi ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard 49 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü ilin sonu ilə müqayisədə 13,4 % çoxdur. Bu ilin əvvəlinə sektorun aktivlərinin 1 milyard 206 milyon manatı və yaxud 58,9 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 26 % çoxdur. O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 26,1 % artaraq 1 milyhard 68 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 25,5 % artaraq…

Daha çox

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi təşkil olunub. SİA xəbər verir ki, budəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilib. Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansı hallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”, “Nəqliyyat vasitəsi yardımın verilməsində…

Daha çox

Qanunsuz ayrılmış 9 700 hektar torpaq sahəsi geri qaytarılıb

Ötən il 102 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, onlardan 2,5 mindən çox akt Ədliyyə Nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 1 700 pozuntuya yol verən 103 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 51 fakt üzrə materiallar isə istintaqa verilib, qanunsuz ayrılmış 9 700 hektar torpaq sahəsi geri qaytarılıb. Həmçinin hesabat ilində mülki, ailə və cinayət işləri…

Daha çox

“Güclü liderlik dönəmi bağlandı”

Bu gün “Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi” adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, güclü liderlik dönəmi bağlandı: “Mənim gözümdə Tramp yaxşı bir lider deyil. Artıq əvvəl ki, dövrdə ki kimi liderlər bir yerə yığılıb problemləri həll etmirlər”. Onun sözlərinə görə, bu eynilə Böyük Britaniya da, Almaniya da da belədir: “Artıq demək olar ki, demokratiyadan söhbət getmir. Hətta buna Macarıstan ölkəsi də daxildir. Dünyada belə…

Daha çox

Mərkəzi Bank dolların məzənnəsini kəskin aşağı salıb

…Rusiya Mərkəzi Bankının rəhbərliyi dolların rəsmi məzənnəsini növbəti dəfə kəskin aşağı salıb. SİA xəbər verir ki, bunu tənzimləyicinin saytında dərc olunan məlumatlar sübut edir. Amerika valyutasının martın 15-17-i üçün rəsmi məzənnəsi 85,57 rubl müəyyən edilib. Cümə günü, 14-də kotirovkalar 86,62 rubl idi. Belə ki, tənzimləyicinin rəhbərliyi dolların məzənnəsini 1,05 rubl aşağı salıb. Mərkəzi Bank Avropa valyutasının kotirovkalarını 65 qəpik – 94,26 rubldan 93,61 rubla endirib. Həftə sonu üçün yuanın rəsmi məzənnəsi isə öz növbəsində 11,82 rubl (mənfi 5 qəpik) təşkil edəcək. Dolların məzənnəsi həm banklararası, həm də Forex bazarlarında rubla…

Daha çox

Adi ipoteka kreditləri üzrə orta illik faiz məlum olub

2024-cü ildə Azərbaycanda dövlət xətti ilə verilən adi ipoteka kreditlərin orta illik faiz dərəcəsi 7,4 % təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. “Ötən il ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi illik 8 % müəyyən olunsa da, bir sıra banklar daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsini davam etdirib. Bundan başqa, hesabat ilində şəxsi yığımı az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi…

Daha çox

Ermənistan hərbi məlumatlar mübadiləsi inspeksiyasından imtina edib

Ermənistanın son 3 ildə ATƏT çərçivəsində həyata keçirilən hərbi məlumatların mübadiləsi mexanizmlərində iştirakdan və inspeksiyalardan boyun qaçırıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, mina fəaliyyətinin müzakirə olunduğu beynəlxalq tədbirlərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərində 1,5 milyon minanın basdırılması, münaqişə bitdikdən sonra belə bu fəaliyyətin davam etdirilməsi faktları diqqətə çatdırılıb. “Həmçinin məsələnin humanitar problem olduğunu və miqyasını nəzərə alaraq beynəlxalq yardımın vacibliyi vurğulanıb. İştirakçı dövlətlər Ermənistanın davranışlarının regionda sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törətməsi barədə məlumatlandırılıb”.

Daha çox

“Gənclərə tövsiyələr” kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Gənclərə tövsiyələr” kitabının təqdimatını keçirib. Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələrinin nümayəndələri, qazilər, təhsil müəssisələrinin professor, müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev tədbirin açılışındakı çıxışında təqdim olunan kitab barədə fikir və…

Daha çox