“Baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir”

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. “Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”, – deyə dövlətimizin başçısı əlavə edib.

Daha çox

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben Vardanyanla bağlı da danışıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A.Harutyunyan onu çox yaxşı tanıdığını bildirib: “Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım – üç ay müddətində “dövlət naziri” olub. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və…

Daha çox

Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik

Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı deyib ki, onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. “Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç…

Daha çox

Tramp Ukraynalı döyüşçülərə aman verməyi xahiş edib…

Kursk vilayətində çoxsaylı hərbi cinayətlər törətmiş ukraynalı yaraqlılar üçün gözlənilməz şəfaət. ABŞ prezidenti Donald Tramp, “Sudja yaxınlığında tamamilə mühasirəyə alınmış və həssas vəziyyətdə olan Ukrayna Silahlı Qüvvələrinə aman verməyi xahiş edib”. SİA-nın məlumatına görə, bunu bir neçə dəqiqə əvvəl Donald Tramp sosial şəbəkəsində yazıb. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Kursk vilayətində hərbçilərlə görüşündə vurğulayıb: biz əsir düşən hər kəslə humanist davranırıq..? Lakin əcnəbi muzdlular Müharibə əsirləri ilə rəftarla bağlı Cenevrə Konvensiyası ilə əhatə olunmur. Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna…

Daha çox

“Bəli, sakitlikdir, itkilər yoxdur və bu da…”

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində səsləndirib. Münaqişələrin sayının artmaqda olduğunu təəssüflə vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə, burada, Qarabağda olan münaqişə öz həllini…

Daha çox

Kefli sərnişin təyyarəni planlaşdırılmamış enişə məcbur edib

…Wizz Air aviaşirkətinin sərnişini sərxoş vəziyyətdə təyyarədə narahatlıq yaradıb və uçuşu pozub. SİA-nın məlumatına görə, bu barədə Daily Mail bildirib. Deməli, qadın martın 12-də Londondan Misirin Hurqada şəhərinə uçurdu. Şahidlərin sözlərinə görə, o, bütün uçuşu içib, sonra qışqırmağa və söyüşlər söyməyə başlayıb. Narazılıq yaradan şəxsi sakitləşdirmək mümkün olmadığından pilotlar Yunanıstanın Afina şəhərinə planlaşdırılmamış eniş etmək qərarına gəliblər. Gələn kimi hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəyə minərək qanun pozuntusunu törədən şəxsi saxlayıblar. . …Qadın lağ və istehza ilə qarşılanıb. Təyyarənin sərnişinlərindən biri “polislər onu hamının sevincinə görə aparıblar”, – deyib. Əli Babayev

Daha çox

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib. Dünyanın 350-yə yaxın nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox təliminə qeydiyyat başlayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris…

Daha çox

“Tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq…”

Biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib. Onların mövqeyinin bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.

Daha çox

Erməni diasporu üçün öz xalqının maraqları önəmli deyil

Erməni diasporu Ermənistan xalqının maraqlarını nəzərə almır və Ankara ilə İrəvan arasında gedən danışıqları pozmaq üçün əlindən gələni edir. Diaspor üçün Ermənistan vətəndaşlarının Türkiyə vasitəsilə Qərblə kommunikasiya marşrutlarının açılmasına olan həyati ehtiyacları aktual deyil, bu da bölgədə uzunmüddətli sabitliyin və inkişafın təmin edilməsi üzrə səylərə mənfi təsir göstərir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Ankaranın Avrasiya Araşdırmaları Mərkəzinin təhlilçiləri Tuğce Tecimer və Selenay Erva Yalçin səsləndirərək, erməni diasporu daxilində anti-Türkiyə isteriyasına diqqət çəkiblər. Ekspertlər Los-Ancelesdə “LA Kings” idman klubu tərəfindən ənənəvi təşkil edilən “Erməni irsi gecəsi”ndə yaşanan…

Daha çox

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gündəliyə 14 məsələ daxil edilib. “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi; “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun…

Daha çox