Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb. Həmçinin xarici ölkələrdə hərbi münaqişə, dini radikalizm, ekstremizm və insan alveri qurbanı olmuş və ya bu sahədə müəyyən çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına konsulluq və hüquqi yardımın daha da gücləndirilməsi istiqamətində işlər görülüb. Bunlarla yanaşı,…
Daha çoxDay: March 14, 2025
Məhv edilən istehlaka yararsız məhsulların sayı
2024-cü ildə aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka yararsız 32,4 min ton və 80,4 min sayda məhsul məhv edilib, 51 ton məhsul isə utilizasiya olunub. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi üçün genişmiqyaslı qida zəncirinə nəzarət tədbirləri həyata keçirilib. Bildirilib ki, hesabat dövründə qida obyektlərində 5,2 min yoxlama aparılıb, 4,3 min məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarlar qəbul edilib. Aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka…
Daha çoxAzərbaycan ATƏT-in vahid büdcəsindən pul ayrılmasının əleyhinə olub
Azərbaycan 2024-cü ildə ATƏT-in vahid büdcəsi üzrə müzakirələrdə Minsk Prosesinə aid ATƏT təsisatlarının proqram fəaliyyətlərinə vahid büdcədən vəsait ayrılmasının əleyhinə olub. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, buna səbəb Minsk Prosesinə aid ATƏT təsisatlarının (Minsk Qrupu, şəxsi nümayəndə A.Kaspşik və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) program fəaliyyətləri ilə bağlı konsensusun olmaması olub. Diqqətə çatdırılıb ki, il ərzində ATƏT-in strukturlarında aparılan müzakirələr izlənmiş, Azərbaycan üçün əsas əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən postmünaqişə dövrü ilə əlaqədar ATƏT-in icraçı strukturlarının Azərbaycanın…
Daha çoxVitrindəki qiymət kassadakı qiymətdən niyə fərqlənir?
“İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə görə qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə – səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. Vəkilin sözlərinə görə, həmin Məcəllənin 447.0-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına; qanunvericilikdə nəzərdə tutulan…
Daha çox“Qanunsuz müdaxilələrə heç bir halda yol verilməməlidir”
“Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün çox iş görülür. Lakin, nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə sözügedən seqment iqtisadi artımın əsasını təşkil edir ki, bu da kifayət deyil. Ölkədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də mövcuddur. Prezidentin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb və 26 iyun 2018-ci il tarixli Fərmanı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. Onun sözlərinə görə, Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə…
Daha çoxÖtən il qeydiyyata alınan əqli mülkiyyət əsərlərinin sayı
Ötən il qeydiyyata alınan əqli mülkiyyət əsərlərinin sayı
Daha çoxAzərbaycanın 2 aylıq elektrik enerjisi istehsalı, ixracı və idxalı açıqlanıb
Bu ilin yanvar–fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat, ixracı 301,5 milyon kVt/saat, idxalı isə 19,5 milyon kVt/saat olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Daha çoxDövlət Proqramının icrası müzakirə olunub
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların səlahiyyətli nümayəndələrindən ibarət yaradılan İşçi qrupun iclası keçirilib. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının…
Daha çoxMərkəzi Nəbatat Bağı zərərdən mənfəətə keçib
Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı 2023-cü ili 77 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2022-ci ildən 720 min manat zərərlə çıxmışdı. SİA xəbər verir ki, 2023-cü ildə Mərkəzi Nəbatat Bağının əməliyyat gəlirləri 1 milyon 315 min manat (2022-ci ilə nisbətən 15,8 % az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 19 min manat (10 dəfə az), işçi heyəti üzrə xərcləri 883 min manat (24,1 % az), amortizasiya xərcləri 38 min manat (1,3 % az), digər əməliyyat xərcləri isə 298 min manat (3 dəfə az) təşkil edib. 2024-cü…
Daha çoxHəqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir. “Lakin orta təhsilli…
Daha çox