Azad edilən ərazilər üzrə qəbiristanlıqlara ayrılan torpaq sahələrinin həcmi açıqlanıb. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2022-2026-cı illər ərzində müvafiq ərazilər üzrə şəhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub. Hesabata əsasən, bu istiqamətdə aidiyyəti qurumlar müvafiq işlərin icrasını davam etdirir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Füzuli şəhərində 26 ha, Şuşa şəhərində 5,5 ha torpaq sahəsi ayrılıb və qeyd olunan şəhərlərin Baş Planında təsbit olunub. Zəngilan şəhərində 3,9 ha, Cəbrayıl şəhərində 3,5 ha, Qubadlı şəhərində 3,42 ha, Laçın…
Daha çoxDay: March 14, 2025
Bu şəxslərin ərə getdikdən sonra müavinət alması təklif edilib
Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan…
Daha çoxMədəni obyektlərin tikintisinə və bərpasına ayrılmış vəsaitin məbləği
Mədəni obyektlərin tikintisinə və bərpasına ayrılmış vəsaitin məbləği
Daha çoxBaş Prokurorluqda yeni təkliflər müzakirə edilib
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib, hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror Kamran Əliyev deyib ki, ilk növbədə hüquq-mühafizə sahəsində fəaliyyət göstərən dövlət məmurları təcrübədə rastlaşdıqları hüquqi problemləri dərindən təhlil etməli, onların optimal həlli yollarını müəyyən etməli və hüquq ictimaiyyətinin müzakirəsinə çıxarmalıdırlar. İclasda peşə səhlənkarlığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi, vergi və “qara mühasibatlıq” sənədlərinin ekspertizası zamanı yaranan fikir ayrılıqları və ziddiyyətlər, habelə milli və xarici valyutadan istifadə etməklə törədilən müxtəlif kateqoriya cinayətlər üzrə pul vəsaitlərinin…
Daha çox58 hərrac keçirilib
2024-cü ildə Maliyyə Nazirliyinin (dövlət) istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, nəticədə 4 790 milyon manatlıq dövlət istiqrazı “Bakı Fond Birjası” QSC-də yerləşdirilib. Bundan başqa, hesabat dövründə tədavüldə olan dövlət istiqrazlarının ümumi dəyəri 47 % artaraq 9 milyard 353 milyon manata çatıb. Ötən il 1, 2 , 3 və 5 illik dövlət istiqrazları emissiya edilib.
Daha çoxErmənistana hərbi yardımın əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub
Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Fransanın birbaşa təhriki ilə 2024-cü ildə Avropa İttifaqı tərəfindən regiona münasibətdə birtərəfli və bölücü xətlərin formalaşmasına hesablanmış fəaliyyətin həyata keçirilməsi səbəbindən qarşılıqlı münasibətlər gərginliklə xarakterizə olunub. “Hesabat ili ərzində Aİ tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının neytrallaşdırılması istiqamətinda müvafiq işlər görülüb. Aİ-nin Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib, Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin…
Daha çoxƏmək sahəsi üzrə 57 milli standart hazırlanaraq təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan: – 10-u fərdi mühafizə vasitələrinə, – 28-i əməyin mühafizəsi üzrə təlimatlara, – 11-i əməyin mühafizəsi üzrə tələblərə, – 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə…
Daha çox2 ayda elektrik enerjisi istehsalı 4 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat olub. Bu barədə SİA Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178,4 milyon kVt/saat və ya 3,8 % çoxdur. Bu ilin fevral ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 374 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 100,5 milyon kVt/saat və ya 4,4 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon…
Daha çox“Aİ-nin əlində böyük imkanlar var, amma bundan istifadə etmir”
Bu gün “Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi” adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, Avropa İttifaqı çox böyük güclərə malik olan bir təşkilatdır, amma bundan istifadə etmir: “Buna nümunə olaraq 1995-ci ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini deyə bilərəm. Bütün bunların yaşanan bir zamanda Aİ-nin sadəcə edə biləcəyi həll yolu Minks Qrupu oldu. Amma üzərindən 30 il keçməsinə rəğmən ondan bir səs çıxmadı. Azərbaycan da…
Daha çox“Made in Azerbaijan” təşviq mexanizmlərindən ötən il 88 şirkət yararlanıb
2024-cü il ərzində Azərbaycan ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliğ edilməsi məqsədilə ümumilikdə 59 tədbir (39-u Azərbaycanda, 20-si xaricdə) təşkil edib, habelə 28 beynəlxalq tədbirdə iştirak edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, təşkil olunmuş və iştirak edilmiş tədbirlər çərçivəsində Azərbaycanın investisiya imkanları barədə potensial investorların məlumatlandırılması, qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensiallı yerli məhsullar barədə xarici tərəfdaşlarla əlaqələr qurulması istiqamətində təqdimatlar edilib, ikitərəfli və çoxtərəfli əsasda görüşlər keçirilib. Ümumilikdə…
Daha çox