2024-cü ildə inventarlaşdırılan abidələrin sayı

İşğaldan azad edilmiş ərazilərdə 2024-cü il ərzində Mədəniyyət Nazirliyi tərəfindən 10 abidə, 34 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə inventarlaşdırılıb. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, ümumilikdə isə 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli obyektin invertarlaşdırılması həyata keçirilib.

Daha çox

“Belə insanların sözünə əsla fikir vermək lazım deyil”

““Qapı pusmaq” Novruz bayramına aid adətlərdən biridir”. Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. O bildirib ki, 100 illərdir ki, bu bizim adət-ənənəmiz olaraq davam etdirilir. Novruz bayramında bu “qapı pusmaq” bölgələrə görə dəyişilir: “Məsələn, elə bölgələr var ki, orada İlaxır çərşənbə günü yəni, Torpaq çərşənbəsində qızlar və ya oğlanlar “qapı pusur”lar. Əgər içəridən xoş bir söz gələrsə onun hasil olunacağına yozurlar. Əgər kimsə ağzından bir bəd söz çıxararsa bunu isə diləklərinin hasil olmaması kimi yozurlar. Bəzi bölgələrdə isə bu mərasim 20 Martda bayram axşamında keçirilir. Yəni, hansı…

Daha çox

Riskli vergi ödəyicilərinin sayı kəskin azalıb

2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub. Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22…

Daha çox

Sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsi hökumətin əsas vəzifələrindəndir

Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir. SİA xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib: “Həmçinin hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat…

Daha çox

YAP Səbail rayon təşkilatı şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb. SİA xəbər verir ki, iftar mərasimində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri və qazilər iştirak ediblər. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər Ramazan ayının insanlarda mənəvi saflıq və paklıq hisslərini gücləndirdiyini vurğulayıblar. Eyni zamanda, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd olunub. Ölkə başçısının şəhid…

Daha çox

10 işəgötürən 105 min manat cərimələnib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ötən il tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 30 səyyar yoxlama tədbiri həyata keçirib və 12 yoxlama tədbirində pozuntu halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd olunub ki, monitorinqlər zamanı 1 002 nəfər işçi yoxlanılıb, 57-nin əmək və ya xidməti (mülki) müqaviləsi olmadan çalışdığı aşkarlanıb. Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 5,6% olub. Yoxlanılmış işçilərin 110 hüquqi və fiziki şəxsi təmsil etdiyi…

Daha çox

“BMT bu kimi problemləri dayandıra biləcək gücə malik əhəmiyyətli təşkilatdır”

Bu gün “Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi” adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, ikinci soyuq müharibədən sonra, bəlkə də bu gün əsl müharibənin içindəyik: “Mənim Ukrayna ilə bir çox əlaqələrim olub. Hətta Rusiyanın Ukraynaya hücumu zamanı belə mən orada olmuşdum. Digər tərəfdən isə qeyd etmək istəyirəm ki, Fələstində və Qəzzada olan hadisələr məni çox kədərləndirir. Bununla yanaşı Rusiya və Ukrayna arasında olan savaşı da…

Daha çox

“Məqsədə gedən yolu qiymətləndirmək vacibdir”

“Bir çox insan uzun müddət arzuladığı bir şeyi əldə etdikdən sonra ona qarşı marağının və həvəsinin azaldığını hiss edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq sözlərinə belə davam edib: “Bu hal psixologiyada geniş tədqiq olunan mövzulardandır və bir neçə əsas səbəbi var: Beynimiz motivasiyanı artırmaq üçün dopamin adlı neyrotransmitterdən istifadə edir. Bir şeyi əldə etmək yolunda dopamin səviyyəsi artır və biz həmin məqsədə çatmaq üçün böyük istək hiss edirik. Lakin məqsəd reallaşdıqdan sonra dopamin səviyyəsi enir və artıq eyni dərəcədə həzz hiss olunmur. Bu, insanın təbii olaraq…

Daha çox

Publik hüquqi şəxslərlə bağlı qaydalar təkmilləşdiriləcək

Azərbaycanda publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Xatırladaq ki, publik hüquqi şəxslərin yaradılması və fəaliyət göstərməsi “Publik hüquqi şəxslər haqqında” qanuna, eləcə də Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezidentin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Əsasnaməsi”nə uyğun təmin edilir. Bununla yanaşı, publik hüquqi şəxslərin bütövlükdə, eləcə də onların maliyə-təsərrüfatı fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına və hüquqi şəxslərin nizamnamələrinə…

Daha çox

38 ölkə ilə 201 sənəd imzalanıb

2024-cü ildə Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda 38 ölkə ilə 201 sənəd imzalayıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Məlumata görə, 2024-cü ildə 25 ölkənin (Avstraliya, Yaponiya, Banqladeş, İsrail, Səudiyyə Ərəbistanı, Almaniya, Belçika, Estoniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Montenegro. Polşa, Rumıniya, Serbiya, Slovakiya, Xorvatiya, Yunanıstan, Braziliya, Venesuela, Özbəkistan, Tacikistan, Rusiya, Gürcüstan) Xarici İşlər nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib. Eyni zamanda, bir neçə ölkə ilə (Keniya, Angola ve Qvineya-Bisau) Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb.

Daha çox