Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzə sınaq prosedurlarına dair…
Daha çoxDay: March 14, 2025
AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) qrafikinə uyğun olaraq 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, keçirilən yoxlamalar nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması üzrə nəzarət subyektlərinə müvafiq təlimatlar verilib, onların icrasına nəzarət həyata keçirilməkdədir. Bundan başqa, ötən il 7 hüquqi və 48 fiziki şəxs sığorta agentinə lisenziyalar verilib. Könüllü qaydada və ya aparılmış nəzarət tədbirləri nəticəsində 51 fiziki şəxs sığorta agentinə, 1 hüquqi şəxs sığorta brokeri və 3 hüquqi şəxs…
Daha çoxAzərbaycanda 4 700 üztanıma kamerası istismar olunur
Respublika üzrə 4 700 üztanıma kamerası mövcuddur. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında hökumətin müzakirəyə çıxarılan hesabata əsasən, onlardan 4 200-ü Bakı şəhəri üzrə istismar olunur: “Videomüşahidə vasitələrinin tətbiqi ilə 24 min 100, o cümlədən 22 min 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib. Axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 21 avtomobil müəyyənləşdirilib”.
Daha çoxQanunsuz fəaliyyət göstərən 16 karxana müəyyən olunub
İmişli rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən 16 karxana müəyyən edilib. SİA-nın məlumatına görə, İmişlidə fəaliyyət göstərən “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarında rayon İcra Hakimiyyəti tərəfindən monitorinq aparılıb. Nəticədə 16 karxananın Torpaq Məcəlləsi və “Yerin təki haqqında” qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib. Qanunsuz fəaliyyət göstərən karxanalar barədə tədbirlər görülməsi üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, FHN-in Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə,…
Daha çoxDaşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 367 mini keçib
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 367,6 min yüklülük bildirişi olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 66,6 % çoxdur. Başqa sözlə, yüklülük bildirişlərinin 147 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 62,3 % çoxdur. Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.
Daha çoxDaha bir neçə qoruğun sərhəd xəritələri hazırlanacaq
Azərbaycanda bir neçə qoruğun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanacaq. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi”nin, Zaqatala Tarix-Mədəniyyət Qoruğunun və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanması məqsədilə müvafiq komissiyalar yaradılıb.
Daha çoxSahibkarlar 600-dən çox investisiya təşviqi sənədi alıb
Bu il yanvarın 1-nə qədər Azərbaycanda 500 sahibkara 603 investisiya təşviqi sənədi təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 43,3 mindən çox iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87 %-i isə regionların payına düşüb. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,3 %-i sənaye, 34,2%-i kənd təsərrüfatı, 1,8%-i logistika, 1,7%-i isə turizm sahələrində icra olunacaq layihələri…
Daha çoxMina problemi ilə bağlı göstərilən beynəlxalq yardımın miqdarı
Ötən il aparılmış ikitərəfli səylər nəticəsində bir sıra xarici dövlətlər Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, bu sırada Almaniya 500 min avro, Belçika 250 min avro, Çin 500 min yuan, İtaliya 1,5 milyon avro, BƏƏ 5 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyini elan edib. Bununla yanaşı, Xorvatiya və ABŞ-də fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana minaaxtaran itlər ianə olunub. Diqqətə çatdırılıb ki, çoxtərəfli dəstək istiqamətində Aİ tərəfindən Azərbaycan üzrə…
Daha çox“Biz təhsillə ancaq dərs oxudum, qiymət aldım kimi baxmamalıyıq”
“Ümumiyyətlə təhsil sisteminin əsasını təkcə oxumaq, təhsil almaq deyil, həmçinin də bir şəxsiyyət kimi yetişdirmək təşkil edir. Əgər biz şəxsiyyət yetişdiririksə, əlbəttə ki, mütləq şəkildə burada mənəvi xüsusiyyətlər, həm təhsillə bağlı olan məsələlər, həm yeri gələndə dövlətçilik, milli mənəvi dəyərlərimiz qorunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, təhsillə ancaq dərs oxudum, qiymət aldım kimi baxmamalıyıq, kiminləsə rəqabət etmək kimi baxmamalıyıq: “Həmçinin də özümüzü yetişdirib, cəmiyyət üçün faydalı bir fərd kimi cəmiyyətə yararlı olmalıyıq. Bəzi insanlar təəssüflər olsun ki, elə bir mühitdə böyüyürlər ki, ancaq təhsil…
Daha çox15 milyard manatlıq investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb
2024-cü ildə Azərbaycanda 15 milyard 114,4 milyon manat məbləğində investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 42 % və yaxud 4 milyard 475,8 milyon manat çoxdur. Dövlət qeydiyyatının 2 milyard 329,8 milyon manatı və yaxud 15,4 %-i 101 korporativ istiqraz buraxılışının, 1 milyard 576,6 milyon manatı və yaxud 10,4 %-i 78 səhm buraxılışının, 2 milyard 708 milyon manatı və yaxud 17,9 %-i Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının,…
Daha çox