“Hərəkəti yönləndirir, istiqamətləndirir, axının qarşısını alır”


“”Yaşıl dalğa”nın üstünlükləri, əlbəttə ki, var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bunun əsas özəlliyi ondan ibarətdir ki, hərəkət edən zaman bütün nəqliyyat vasitələri istiqamət üzrə dayanmadan gedirlər: “Amma bunun həm də mənfi tərəfləri var. “Yaşıl dalğa”da hərəkət edən nəqliyyat vasitələri rahat hərəkət edə bilirlər. Onlar dayanmadan, müəyyən problemlər yaranmadan hərəkət edirlər. Amma “Yaşıl dalğa”ya düşməyən nəqliyyat vasitələri üçün isə bu, çətin olur. Ona görə çətin olur ki, müəyyən hərəkət qrafikinə uyğunlaşa bilmirlər. Yəni küçənin kəsişməsində gözləmə mövqeyində olurlar. Misal üçün, “Yaşıl dalğa”da işıqfor 100 saniyədirsə, “Yaşıl dalğa”ya daxil olacaq nəqliyyat vasitəsi svetoforda 100 saniyə gözləyir. Yəni birinə 100 saniyə yaşıl, digərinə 100 saniyə qırmızı deməkdir. Bunun mənfi tərəflərinə aiddir.

“Yaşıl dalğa” çox vasitələrdə, çox ərazilərdə istifadə olunan bir metoddur. Xüsusilə, tıxacların əridilməsində, onların hərəkətlərinin təşkil edilməsində əlverişli üstünlüyə malik olur.

Digər bir məsələ isə “Yaşıl dalğa” ümumi olaraq digər işıqforun rəng və işarə vermək qurğularından asılı olaraq müntəzəm və qeyri-müntəzəm işləməyə məcbur edilir. “Yaşıl dalğa” daxil olan zaman işıqforun əmrləri vermə saniyələri əhəmiyyət daşımır. Əgər işıqfor proqramlaşdırılıbsa, hər 15 saniyədən bir yaşıl və qırmızı yanırsa, artıq mərkəzdən idarə olunanda o, 100 saniyə də ola bilər, 120 saniyə də ola bilər, yaxud, aşağı da düşə bilər.

Həm də nizamlanan yollarda nizamlanan yollardan söhbət gedir. Nizamlayıcı özü yol hərəkətinin iştirakçılarına necə hərəkət mexanizmi olaraq təsir edə bilər? Hərəkəti yönləndirir, istiqamətləndirir, axının qarşısını alır. Bunlar hamısı özünəməxsus faktorlardır. Cəmiyyət, insanlar üçün daha çox maraq kəsb edəcək faktorlardır”.

Əlaqəli Xəbərlər