“İlk dəfə 2013-cü ildə baş tutan Bakı Qlobal Forumu artıq bu gün 12-ci tədbirinə toplaşır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən hal-hazırda fəaliyyət göstərən və yaxud da ki, dövlət və ictimai xadimlərinin daxil olduğu Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilir: “Forumun məqsədi adından da göründüyü kimi qlobal məsələləri həll etməkdir. Əgər birinci forumda Dağlıq Qarabağ məsələsi mədəniyyətlərarası münasibətlər mövzusu gündəmdə idisə, builki forumda artıq yenilənən dünyanın fürsətlərindən istifadə edilməsi şüarı əsas götürülür. Bu onu göstərir ki, Bakı forumu dünyada gedən proseslərin…
Daha çoxDay: March 14, 2025
Çində böyük partiya saxta düyü aşkarlanıb: nə etməli?
…Ən çox istehlak edilən qidalardan biri olan düyü bütün dünyada istehlakçıların narahatlığına səbəb olan saxtakarlıq problemi ilə üzləşir. Düyü saxtakarlığının ən məşhur hadisələrindən biri Çindəki qalmaqal idi, burada kartof nişastası və sintetik qatranların əlavə edilməsi ilə hazırlanmış düyü partiyaları tapıldı. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, saxta məhsul realdan demək olar ki, fərqlənmir, lakin bişirildikdə bərk və ya rezin kimi olur,..çox vaxt ərimiş plastiki xatırladan qoxu verir. Saxta düyü istehsalında istifadə olunan kimyəvi maddələr insanlar üçün zərərli ola biləcəyi üçün düyü saxtakarlığı təkcə narahatlıq doğurmur, həm də sağlamlıqla bağlı…
Daha çoxQarabağdakı inşaat işləri zamanı mədəni irs qorunur
Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda bildirib. “Azərbaycan inşaat işlərini səmərəli formada davam etdirir”, – deyə o qeyd edib. A.Quliyev sülh və əmin-amanlığın regional olduğu qədər həm də qlobal baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu mənada qonşularla və beynəlxalq tərəfdaşlarla işləyib bərpa prosesinin təkcə bizim ölkə üçün yox, eləcə də bütün bölgə üçün inkişaf vəd etdiyini isbat edə bilərik”.
Daha çoxDondurulmuş qaragilə hepatit A xəstəliyinə səbəb olub…
…Hollandiyada 24 nəfərin təsirinə məruz qalan hepatit A epidemiyası qeydə alınıb. SİA-nın məlumatına görə, Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, çirklənməyə səbəb Albert Heijn brendinin dondurulmuş qaragiləsi olub. Xəstəliyə yoluxanlar arasında 16-77 yaş arasında olan 13-ü kişi və 11-i qadın olub, onlardan səkkizinin xəstəxanada müalicəsi tələb olunub. Hepatitə yoluxma hallarının hamısı 2024-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər baş verib. Giləmeyvə istehsalçısı hadisəyə operativ reaksiya verib, potensial təhlükəli məhsulu yanvar ayında ölkədəki bütün mağazalardan geri çağırıb. Artıq dondurulmuş göyərti almış istehlakçılara onları istehlak etməkdən çəkinmələri…
Daha çoxMilli Məclis hökumətin hesabatını qəbul edib
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib. SİA xəbər verir ki, hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir.
Daha çoxGələn həftə Azərbaycana yaz fəsli daxil olur
Gələn həftə – martın 20-si Azərbaycana yaz fəsli daxil olur. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından SİA-ya verilən məlumata görə, yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edəcək. Bildirilib ki, fəslin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə…
Daha çoxMark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb
Bu gün yerli vaxtla səhər saatlarında Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib və vəzifəsinin rəsmən icrasına başlayıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Kanadada heç vaxt dövlət vəzifəsində olmamış yeni Baş nazir bu ilin sonunda keçiriləcək seçkilərdə Liberal Partiyasına rəhbərlik edəcək. Qeyd edək ki, sorğular Liberal Partiyasının qarşıdan gələn seçkilərdə böyük ehtimalla məğlubiyyətlə üzləşəcəyini göstərdiyi üçün əvvəlki Baş nazir Castin Trüdo 10 illik vəzifədən sonra yanvar ayında istefa verəcəyini elan etmişdi. Lakin Kanadanın Trampa və onun siyasətlərinə qarşı artan antipatiyası fonunda partiyanın nüfuzu yaxşılaşıb.
Daha çoxMilli Məclisin növbəti plenar iclası martın 18-də keçiriləcək
Milli Məclisin növbəti plenar iclası mart ayının 18-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib. O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.
Daha çoxDünya okeanlarının səviyyəsi gözlənilmədən qalxır…
…Amerika Kosmik Agentliyinin (NASA) mütəxəssisləri 2024-cü ildə qlobal dəniz səviyyəsində gözlənilməz artım qeydə alıblar. Bu barədə təşkilatın saytında məlumat verilir. Hesabatda dəniz səviyyəsinin gözlənildiyindən daha sürətlə yüksəldiyi bildirilir. SİA-nın məlumatına görə, bu, əsasən suyun qızdırıldığı zaman genişlənməsi ilə bağlıdır. 2024-cü ildə dünyada dəniz səviyyəsinin 0,59 santimetr qalxması, elm adamları isə 0,43 santimetr artım proqnozlaşdırıblar. NASA-nın Cənubi Kaliforniyadakı Jet Propulsion Laboratoriyasının tədqiqatçısı Coş Uillis, “…dəniz səviyyəsinin yüksəlməyə davam etdiyi və sürətin getdikcə artdığı aydındır”- deyib. Onun sözlərinə görə, səviyyənin “iki-üç” artması termal genişlənmə ilə bağlıdır, baxmayaraq ki, əvvəllər bu, əsasən buzlaqların…
Daha çoxDeputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirərkən danışıb. O qeyd edib ki, deputatlar tərəfindən irəli sürülən təkliflərin bəziləri ilə prinsipcə razı deyil: “Bəzi təkliflərin isə yeri var. Bu məsələlər nəzarətə götürüləcək, hökumət və onun müvafiq qurumları tərəfindən addımlar atılacaq”.
Daha çox