“Türkiyə təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biridir”


Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə gözlənilən səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski türk rəsmiləri və biznes nümayəndələri ilə görüşündə bildirib: “Ankarada Prezident Ərdoğanla əldə etdiyimiz razılaşmaların nəticəsi olaraq Türkiyə hökuməti və iş adamları ilə maraqlı görüş baş tutdu. Türkiyə biznesinin artıq Ukraynada təmsil olunması vacibdir. Dövlətimiz bunu, həmçinin yardım və dəstəyi, xüsusən də “Bayraktar”ların tədarükünü yüksək qiymətləndirir”.

Prezidentin sözlərinə görə, bu gün keçirilən görüşdə ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, ikitərəfli münasibətlərin inkişafı, müxtəlif növ pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlıq imkanları və Türkiyə şirkətlərinin Ukraynanın bərpasında iştirakı müzakirə edilib.

“Dövlətimiz Türkiyəni həm strateji biri, həm də təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biri hesab edir. Ukrayna Prezident Ərdoğanın qarşıdan gələn səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır”,- deyə Zelenski bildirib.

Əlaqəli Xəbərlər