Deməli, martın 13-nə keçən gecə Ukrayna tərəfi Rusiya Federasiyasının Kaluqa vilayətinə pilotsuz uçuş aparatları vasitələri ilə hücum ediblər.
Hava hücumu nəticəsində sənaye müəssisəsinin ərazisində yanğın baş verib, rabitə qülləsi və elektrik xətti zədələnib, xəsarət alan da olub.
SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşuyanın Teleqramına istinadən yazıb.
Rusiya rəsmisi bu səhər bölgəyə pilotsuz təyyarə hücumunun “dəf edildiyini” və həmin gecə 25 İHA-nın məhv edildiyini bildirib. Onun sözlərinə görə, pilotsuz təyyarələr Dzerjinski, Xvastoviçski, Kirovski, Duminiçski, Meşçovski və Ulyanovski rayonlarında tutularaq “məhv edilib”.
Eyni zamanda, Rusiya rəsmisi deyir ki, PUA-lardan birinin düşməsi nəticəsində Dzerjinski rayonunda sənaye müəssisəsinin texniki binasında yanğın baş verib.
…Yanğın tez bir zamanda söndürülüb. Müəssisənin gecə növbəsində işləyənlərdən biri yüngül bədən xəsarətləri alıb. …Bundan əlavə, “PUA qəzası” nəticəsində Xvastoviçski rayonunda rabitə qülləsi və elektrik xətti zədələnib.
Bütün bunları qubernator əlavə edir.
Əli Babayev