Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər. SİA xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib. Şimali Makedoniya Prezidenti qonaqpərvərliyə görə Azərbaycana, forumda iştirak etmək üçün dəvətə görə isə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.
Daha çoxDay: March 13, 2025
“Bizim özümüzün mental dəyərlərimizdə çox yaxşı cəhətlər var”
“Mental dəyərlərimizdən irəli gələrək, Azərbaycan valideyni, ata-anası, hətta baba-nənələri belə, yenicə doğulmuş uşaqlara həddindən artıq böyük təzyiqlər və təsirlər göstərirlər. Bunun müsbət və mənfi tərəfləri vardır. Nə qədər qəribə səslənsə də, müsbət tərəfləri artıq get-gedə arxa plana keçməyə başlayır. Dünyanın hər yerində belədir ki, valideyndən çox ictimai təsisatlar yəni, bağçalar, uşaq mərkəzləri, natamam orta məktəb, tam orta məktəb, ali məktəb, texniki peşə məktəbləri, liseylər və s. bu kimi öyrətmə-pedaqoji müəssisələr hər hansı bir gənc nəslin formalaşmasında, tərbiyələnməsində, gələcəkdə cəmiyyət üçün yararlı vətəndaş kimi böyüməsində çox böyük rol oynayır”. Bu sözləri…
Daha çoxAzərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı müzakirələr aparıb
Azərbaycan və Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBNM, Orta Dəhliz) əhəmiyyəti və aktuallığını müzakirə ediblər. Bu barədə SİA-ya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir. Məlumata görə, danışıqlar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev ilə Azərbaycanda səfərdə olan Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatov arasında görüş çərçivəsində aparılıb. Bildirilib ki, Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistika sahəsində Azərbaycanda həyata keçirilən mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib. Görüşdə Orta Dəhlizin…
Daha çoxƏfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu
Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, – deyən dövlət başçısı bunun bir sıra mərkəzlərdən göründüyünü bildirib. İlham Əliyev bunlar arasında ABŞ-nin Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb.
Daha çox“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Daha çoxAzərbaycanda 17 dövlət qurumu Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə qoşulub
Azərbaycanda 17 dövlət qurumu Maliyyə Manitorinq Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə (ŞƏMS) qoşulub. SİA xəbər verir ki, bunu Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadə Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib. “Bu sistem həm özəl, həm də dövlət sektorundan gələn məlumatları emal edəcək, süni intellektə əsaslanacaq. ŞƏMS layihəsinin icrası uzun müddətdir ki, davam edir və yekunlaşma mərhələsindədir. O imkan verəcək ki, çox qısa müddətdə maliyyə əməliyyatlarını daha effektiv monitorinq edək, müxtəlif şəxslərin maliyyə profilini…
Daha çoxBiz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq
Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, – deyə dövlətimizin başçısı əlavə edib.
Daha çoxÖtən ay müavinət və təqaüd alanların sayı açıqlanıb
Bu ilin fevral ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 859 min 13 nəfər olub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, onlardan 457 min 367 nəfər aylıq sosial müavinət, 401 min 646 nəfər isə təqaüd alıb.
Daha çoxAzərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb
Bu il martın 1-nə Azərbaycanda 1 611 030 vergi ödəyicisi olub ki, bu da ötən il martın 1-nə nisbətən 5,2 % çoxdur. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, vergi ödəyicilərinin 87 %-i fiziki, 13-ü isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,8 %, hüquqi şəxslərin sayı isə 7,5 % artıb. İl ərzində kommersiya qurumlarının sayı isə 8,2 % artaraq 192 945 olub. Təkcə bu ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da…
Daha çoxMüasir dünyada məlumat çoxluğundan manipulyasiya aləti kimi istifadə olunur
Müasir dünyada məlumat çoxluğundan manipulyasiya aləti kimi istifadə olunur. SİA xəbər verir ki, bu barədə Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb. O, Qlobal Bakı Forumu təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkür edib: “Bu platforma dünyanın fərqli yerlərindən insanların birləşməsi, fikir mübadiləsi aparması üçün böyük önəm daşıyır. Biz həqiqətndən sonrakı dövrdə, məlumatın çox olduğu dünyada yaşayırıq. Bu məlumatlar isə manipulyasiya alətinə çevrilir”. Vayra Vike-Frayberqa dünyanın ciddi böhranla üzləşdiyini vurğulayıb: “Corc Oruelin “1984” əsərində sözlərin mənalarının dəyişməsi açıq şəkildə göstərilir.…
Daha çox