COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik

Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.

Daha çox

Azərbaycanda fiskal dayanıqlılıq aktualdır

Azərbaycanda təbii resursların idarə olunması baxımından fiskal dayanıqlıq və borc dayanıqsızlığı problemi aktualdır. SİA xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib. Onun sözlərinə görə, akademik müstəvidə fiskal dayanıqlığın altı, hətta son dövrlərdə yeddi forması müəyyən edilib. Borc dayanıqsızlığının qarşısını almaq üçün fiskal intizamın vacibliyini vurğulayan Z.Vəliyev, bunun üçün güclü…

Daha çox

“Ulu Öndər Novruzun milli birlik baxımından əhəmiyyətli olduğunu qeyd edirdi”

“Öz hərarəti ilə insanlara sevinc gətirən bahar yenə də nurunu hər yerə səpdi, Novruz gəldi. Novruz yeni gün, yeni nəfəsdir. Onun gəlişi ilə təbiətlə bərabər insanın ruhu da canlanır. Bu bayramı hər kəs öz evində qeyd etmək istəyir. Həmin gün ailəmizlə birlikdə sevinc və ümid dolu bir süfrənin ətrafında birləşirik. Ailəmiz, dostlarımız və sevdiklərimizlə paylaşdığımız hər an, sanki həyatımıza yeni rəng, yeni çalar qatır. Novruzun yaratdığı bu mehribanlıq xalqımıza sülh, sevgi və xoşbəxtlik gətirir”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə deyib. Dürdanə Rəhimzadə sözlərinə belə…

Daha çox

Azercell məhkum qadınlar üçün “Kitab Klubu” təşkil etdi

Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirdi Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi “Kitab Klubu” layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsindətəşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirildi.Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olundu. Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının…

Daha çox

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin martın 1-nədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. SİA xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir. Bu yataqlar istismara veriləndən bu ilin martın 1-nədək isə 473,1 milyard kubmetr qaz hasil edilib. Bu müddət ərzində AÇG-dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan martın 1-nə olan məlumata görə 651,5 milyon ton neft və…

Daha çox

COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi

COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib: “Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”.

Daha çox

“Münaqişələrdə ən çox zərər çəkən uşaqlardır”

“Zorakılıq adət edilən, zamanla öyrənilən bir davranışdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, təəsüflə qeyd etmək olar ki, uşaqlar ailədən təsirlənir, zorakılığı elə ailəsindən öyrənir: “Uşaqlıq və yeniyetməlik dövründə məişət zorakılığının tez-tez yaşandığı bir ailədə böyüyənlərin zorakılığa meyilli olduğu müşahidə edilir. Bundan əlavə, zorakılıq ailədən-ailəyə miras kimi keçə bilən, nəsildən-nəsilə ötürülən davranış növüdür. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana-ata arasındakı mənəvi və fiziki basqının altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş,…

Daha çox

Qlobal Bakı Forumu aktual problemlərin həlli yollarının axtarışına kömək edəcək

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkova Qlobal Bakı Forumunun təkcə dialoq üçün mühüm platforma deyil, həm də aktual qlobal problemlərin həlli yollarını tapmaq üçün səmərəli vasitə olacağına əminliyini ifadə edib. SİA xəbər verir ki, o, bunu XII Qlobal Bakı Forumunun açılışında bildirib. “Əminəm ki, burada aparılan müzakirələr təkcə ideya mübadiləsinə deyil, həm də sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsinə yönəlmiş konkret qərarların qəbul edilməsinə töhfə verəcək”, – prezident qeyd edib. Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda…

Daha çox

“Tonqal üzərindən tullanan şəxlər bir-birini gözləməlidir”

“Novruz bayramında Novruz şənliklərinin keçirildiyi məkanlarda, insanların cəmləşdiyi məkanlarda mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır”. Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, birinci növbədə tonqal qalanarkən onun yerini doğru-düzgün seçmək lazımdır: “Tonqal nəqliyyat sahələrindən, yaşayış və qeyri-yaşayış sahələrindən, elektrik dirəklərindən, yanma qabiliyyəti yüksək olan materiallardan minimum 15 metr məsafədə olmalıdır. Tonqal asfalt örtüyün üzərində deyil, metal örtüyün üzərində qalanmalıdır. Tədbir bitdikdən sonra mütləq odun tam söndüyünə əmin olduqda ərazi tərk edilməlidir. Əlverişsiz hava şəraitində tonqalın qalanması məqsədəuyğun deyil. Çünki külək yanan köz parçalarını ətrafa səpələyə…

Daha çox

AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) xidmət keyfiyyətini daha da artırmaq məqsədilə “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində müştərilərinə əlavə imkanlar yaradır. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, “GetTransfer” platforması vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir. “Airalo” platforması isə sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində yaxınları ilə əlaqə saxlamağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti…

Daha çox