“Sülh sazişi layihəsi başa çatmaqdadır”

“Sülh sazişinin layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşır”. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. O bildirib ki, biz daha öncədə açıqlamamızda bildirmişdik ki, sülh sazişində iki açıq maddə qalmışdır: “Ermənistan tərəfi də bu maddələrlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri qəbul etdiyini telekanallar vasitəsi ilə diqqətə çatdırıb. Mətn üzrə də işlər yekunlaşdırılır. Azərbaycan tərəfinin də gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi ilə bağlı dəyişikliklər etsinlər. Bu sazişin imzalanması üçün vacibdir”.

Daha çox

“Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar”

“Ailə düzgün motivlər əsasında qurulmayanda boşanmalar baş verir. Son dövrlərdə nikahların sayında azalma, boşanmalarda isə artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında 46 mindən çox nikah, 20 minə yaxın isə boşanma halı qeydə alınıb”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib. Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Bəs, boşanmaların artmasına səbəb nədir? Səbəbkar kişilərdir, yoxsa qadınlar? Boşanma mürəkkəb sosial hadisədir. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox…

Daha çox

Naxçıvanda mənşə sertifikatlarının verilməsi 13 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 51 mənşə sertifikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur. SİA bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, 2 ay ərzində verilmiş mənşə sertifikatlarından dövlət büdcəsinə daxilolmalar 1 il əvvələ nisbətən 3,3 % artaraq 1 500 manat təşkil edib.

Daha çox

Qlobal güclər arasında parçalanmanın dərinləşməsi çoxqütblülüyü zəiflədir

Beynəlxalq münasibətlər sistemi başqa bir mərhələdən keçir. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumunda çıxışında deyib. Nazir qeyd edib ki, hazırda əsas qlobal güclər arasında parçalanma dərinləşir. “Bunun nəticəsində çoxqütblülük zəifləyir. Bu gün beynəlxlq təsisatların məhz bu prosesə təsiri vacibdir. Onların buna səy göstərdiyini görürük. Rusiya, ABŞ, Çin və digər güclərin hər birinin öz gündəliyi var. Əslində, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın yenidən təyin edilməsidir”.

Daha çox

Adil Kərimli Neftçalada vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimli martın 13-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Neftçala, Salyan, Biləsuvar, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri vətəndaşların qaldırdığı hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib. Qəbulda şəhid ailələri…

Daha çox

“AzərEnerji” “Masdar” şirkəti ilə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub. ASC-dən SİA-ya bildirilib ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib. İstismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və Meqa layihənin icra strategiyası barədə müzakirələr aparılıb.

Daha çox

YAP Sabunçu rayon təşkilatı yeni ərazi partiya təşkilatı təsis edib

Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Ramana qəsəbəsi, Tural Əsgərli küçəsi ünvanı (337 nömrəli orta məktəb) üzrə yeni ərazi partiya təşkilatı təsis edib. SİA xəbər verir ki, Təsis iclasında çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb. Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirmiş və özünün dediyi kimi “dünənin, bu günün…

Daha çox

Dövlət Gömrük Komitəsi biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq

Dövlət Gömrük Komitəsinin (DGK) 2025-2030-cu illəri əhatə edən “Gömrük İNKİŞAF modeli”ndə rəqəmsallşma və texnoloji innovasiyaların tətbiqi əsasında səmərəli gömrük nəzarətinin təşkili vasitəsilə iqtisadi və milli təhlükəsizliyin qorunması gələcəyə baxış kimi müəyyən edilib. SİA xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda keçirilən konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov deyib. Onun sözlərinə görə, xüsusilə “Elektron Hesablaşma Sistemi”, “Optimallaşdırılmış Risk Analiz Sistemi” və “Səlahiyyətli İqtisadi Operatorlar” kimi layihələr biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq.…

Daha çox

Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.

Daha çox

Yeni dəb: Qadın hesabına yaşayan KİŞİLƏR

Hər şey sürətlə dəyişir. Dünya son əlli ildə, son üç əsrdə görmədiyi sürətlə dəyişdi. Əslində bəşəriyyət bu sürətli dəyişikliyə hazır deyildi və hələ də tam olaraq qəbul etməyib. Dəyişiklik hər sahədə hiss olunur, sosioloji cəhətdən cəmiyyətlərin strukturu, davranış modelləri də dəyişir. Təbii ki, qadınlar və kişilər də dəyişir. Digər tərəfdən, kişi-qadın münasibətlərində bütün adi qaydalar və yazılmamış, lakin ümumi qəbul edilmiş vərdişlər sürətlə dəyişir. Əvvəllər kişilər qadınlara hesabı ödəməyə imkan vermirdisə, bu gün kişilər demək olar ki, heç vaxt hesabı ödəmirlər. Son bir neçə ildə təkbətək görüşdüyüm qadınlardan kişilərlə bağlı…

Daha çox