Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb. SİA xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı. Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı,…
Daha çoxDay: March 13, 2025
“Əgər lazımi miqdarda su içilməsə,…”
“Son dövrlərdə insanlar arıqlamaq üçün bəzən sağlam qidalanmağa yeniliklər gətirmək üçün müxtəlif toxumlardan istifadə edirlər. Lakin, diqqətdə olmaq lazımdır ki, toxumların tərkibində çox miqdarda makro və mikro elementlər var”. Bu sözləri SİA– ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, fərqli maddələr var ki, hər bir insanın da orqanizminin həmin maddələrə qarşı həssalığı, allergiyası ola bilər və yaxud o maddələrin qəbulunda həzm problemləri ilə üzləşə bilərlər: “Ona görə bu məqamlara peşəkarlardan dəstək alaraq məhz öz orqanizmini tanıyaraq başlamaq lazımdır. Son dövrlərdə ən çox…
Daha çoxAçıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib
Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib. “Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir”, – C.Bayramov deyib.
Daha çox“Ailədə xoşbəxtlik tez-tez dadılmalıdır”
“Sağlam düşüncəli və təfəkkürlü, nümunəvi insanların formalaşmasında onların böyüdüyü sağlam psixoloji mühitin olduqca vacib rolu vardır”. Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, insan fərd kimi ailədə gözünü açır və şəxsiyyət kimi ilk olaraq məhz bu mühitdə formalaşmağa başlayır, o zaman ilk öncə ailələrdə müsbət psixoloji iqlimin olmasına önəm vermək lazımdır: “Ailədə belə mühitin formalaşması ilk olaraq ailə böyüklərindən, valideynlərdən asılıdır. Bu şəxslər emosional və sosial inkişafı dəstəkləyən, ailəni mənfi təsirlərdən…
Daha çoxBƏƏ şirkəti ilə “Qaradağ” GES və “Meqa” layihənin icrası müzakirə olunub
“AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında istismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və “Meqa” layihənin icra strategiyası barədə müzakirələr aparılıb. Bu barədə SİA “AzərEnerji”yə istinadən xəbər verir. Müzakirələr səhmdar cəmiyyətin rəhbəri Baba Rzayevlə “Masdar” şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə baş tutub. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi aparılıb.
Daha çoxNazir yaxın zamanlarda suriyalı həmkarı ilə telefonla danışacağını açıqlayıb
Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində deyib. Nazir bildirib ki, Suriyadakı Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib: “Daha sonra Əsəd rejiminin qeyri-dost addımları nəticəsində dayandırıldı. Ancaq rejim devrildikdən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq bu ölkəyə ilk humanitar yardımı da göstərmişik”. C.Bayramov vurğulayıb ki, Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək. XİN başçısı həmçinin son Azərbaycan vətəndaşı ölkəyə qaytarılanadək…
Daha çoxSuriyada Milli Təhlükəsizlik Şurası yaradıldı
Dəməşq administrasiyası Milli Təhlükəsizlik Şurasının yaradıldığını elan edib. SİA xəbər verir ki, bu barədə Suriya Rəyasət Heyəti məlumat yayıb. Bildirilir ki, ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində prezidentin sədrliyi ilə fəaliyyət göstərəcək, təhlükəsizlik və siyasi koordinasiyaya cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası yaradılıb. Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq. Həmçinin prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandıqda görüşlər keçiriləcək.
Daha çox“Azərbaycan Dəmir Yolları”nın xəstəxanalarının ləğv edilməsinə başlanılıb
Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir. Beləliklə, “Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə (1), “1 saylı Bakı Dəmir Yolu Poliklinikası” və “2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə (2), “Ələt Dəmir Yolu Xəstəxanası” MMC Qaradağ…
Daha çox“Yülərlə azərbaycanlı ölkəyə gətirilib”
“Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulub”. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib. O bildirib ki, bu danışıq nəticəsində bir sıra məsələləri müzakirə edəcəyik: “Biz Suriyanın suverenliyinin, ərazi bütövlüyünün və onun inkişafını dəstəkləyirik. İkitərəfli əsaslarla beynəlxalq münasibətlərdə Suriyanın beynəlxalq münasibətlərinin tam hüquqlu aktora çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Suriyada, İraqda və digər münaqişə ərazilərində çətin vəziyyətə düşmüş Azərbayca Respublikası vətəndaşları və ailə üzvləri var: “Bununla əlaqədar olaraq cənab Prezident İlham Əliyevin tapşırığına əsasən qurumlararası daim fəaliyyət göstərən…
Daha çoxAdında kredit olarkən sosial ev əldə etmək olar?
“Azərbaycan qanunvericiliyində yəni mənzil qanunvericiliyində sosial mənzilin alınma anlayışı yoxdur. Sosial mənzillər satılmır”. Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, sosial kirayə müqaviləsi var: “Sosial kirayədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənib. Qanunvericiliyə görə, aztəminatlı və sosial qayğıya ehtiyacı olan müəyyən şəxslər kirayə müqaviləsi bağlamaq üçün dövlət və ya bələdiyyə fondunda olan yaşayış sahələrinin əldə edilməsi ilə bağlı müvafiq qurumlara müraciət etmək hüququ əldə edirlər. Amma bu gün nəzərə almaq lazımdır ki, bələdiyyənin balansında yaşayış fondu demək olar ki, yox səviyyəsindədir, ümumiyyətlə mövcud deyil.…
Daha çox