“Hər bir zəmanənin öz texnologiyası olub. Bu istər həyatı asanlaşdıran, modernləşdirən vasitə olsun, istərsə də, informasiyanı qəbul etmək, müəyyən məlumatları toplamaq üçün müxtəlif formatlar olsun. Bu baxımdan qəzet, jurnallar, kitablar və hər hansısa kağız daşıyıcılarından informasiyanı əldə etmək artıq keçmişdə qalmış oldu. Kütləvi informasiya vasitələri artıq getdikcə modernləşir və inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, qəzetlərin sayının 300-500-1000 tirajla olduğu bir dövrdə, insanların xüsusilə də Azərbaycanda yaşayan 10 milyon 200min əhali və yaxud da, Dünya Azərbaycanlılarının 60 milyonu əlbəttə ki, qəzet daşıyıcıda…
Daha çoxDay: March 13, 2025
Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşüb. SİA xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə İlham Əliyevə təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı. Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi. Azərbaycan Prezidenti təbriklərə görə…
Daha çoxUkrayna dondurulmuş Rusiya aktivlərinin ilk tranşını Kanadadan alıb
…Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən Kiyevi maliyyə resursları ilə təmin edən G7-nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb. SİA-nın məlumatına görə, bu barədə cümə axşamı, martın 13-də baş nazir Denis Şmıqal bildirib. Şmıqal bəyan edib ki, hakimiyyət bu pulları dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldəcək. Onun sözlərinə görə, 2,5 milyard Kanada dolları məbləğində tranş birincidir, çünki ölkə ümumilikdə ERA-ya 5 milyard Kanada dolları ayırıb. Bu, Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən maliyyə resursları ilə təmin etməyi nəzərdə tutur. Əli Babayev
Daha çox“Azərişıq” daha iki rayonun elektrik təsərrüfatını yeniləyir
“Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində İmişli və Beyləqan rayonlarının bir sıra ərazilərində köhnəlmiş elektrik təsərrüfatı yenisi ilə əvəz olunur. İmişlinin Oruclu kəndində işlər tam yekunlaşıb. Kənddə 7 Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 0.4 və 10 kV-luq yeni dayaqlar əkilib, müasir elektrik xətləri çəkilib. Həmçinin Xubyarlı kəndinin elektrik təsərrüfatı yenidən qurulur. Beyləqan rayonunun 4 kəndində – Aşağı Çəmənli, Aşıqalılar, Qaradağlı və Yuxarı Çəmənlidə yenidənqurma işləri hazırda davam edir. Qaradağlı kəndində yeni güc mərkəzləri – 5…
Daha çoxİlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib
İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib
Daha çoxİnsanlarda diqqət və yaddaş problemlərinə səbəb olan amillər BƏLLİ OLDU
“Telefon, kompüter və televizordan daimi istifadə yaddaşa mənfi təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, yaddaşla bağlı ümumiyyətlə, son vaxtlar çox şikayətlər var: “Bunların əsas səbəbi həm qidalanma, həm havasızlıq, həm də yuxu problemləridir. Yəni, bunlar təkcə bir səbəblə bağlı deyil. Təəssüflər olsun ki, telefon asılılığı da bu səbəblərdən biridir. Telefon asılılığı, kompüterdən asılı olma, daimi kompüter və televizordan istifadə – bunların hamısı mənfi hallara gətirib çıxarır”. Ümumiyyətlə, bəzən insanlarda diqqət dağınıqlığı olur. Diqqət dağınıqlığı da yaddaş probleminə səbəb olur. Son vaxtlar uşaqlarda hiperaktivlik…
Daha çox“Azəriqaz” və DMA Xankəndi və Şuşada əmək yarmarkaları keçirib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi və Şuşa şəhərlərində birgə əmək yarmarkaları keçirib. Bu barədə SİA-ya “Azəriqaz”a istinadən xəbər verib. Tədbirlərdə “Azəriqaz”ın Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim edilib. Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib,…
Daha çox“Suriyada Azərbaycan səfirliyi fəaliyyətə başlayıb”
“Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən öz sonra öz fəaliyyətini bərpa etdi”. SİA xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda qeyd edib. Nazir bildirib ki, bir zaman Suriyada Azərbaycan səfirliyi mövcud idi və daha sonra keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı aparılan qeyri-dost addımları bizim səfirliyimizin fəaliyyətini dayandırmışdır: “Biz yeni reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyət qurduq. Azərbaycanın nümayəndə heyəti Suriyaya səfər etdi, orada görüşlər keçirdi. Bizim təmaslarımız davam edir. Artıq ilk humanitar yardım ölkəmiz tərəfindən Suriyaya göndərilib”.
Daha çox“Özünüz üçün kiçik mükafatlar təyin edin”
“Təxirə salmaq (prokrastinasiya) bir vərdiş kimi görünsə də, uzunmüddətli və xroniki hala gəldikdə psixoloji problemlərin əlaməti də ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib. Psixoloq bildirib ki, insan bir işin vacibliyini dərk etdiyi halda onu gecikdirirsə və bunun qarşısını ala bilmirsə, deməli, bu davranışın altında daha dərin psixoloji səbəblər dayanır: “Düzdür, təxirə salmaq rəsmi olaraq bir xəstəlik hesab edilmir, lakin bəzən psixi pozuntularla əlaqəli ola bilər. Psixoloji tədqiqatlar göstərir ki, xroniki təxirə salma diqqət əskikliyi və hiperaktivlik pozuntusu, həyəcan-təşviş pozuntusu, depressiya, perfeksionizm kimi…
Daha çoxKOBİA Ağdaş sahibkarları ilə biznesin inkişaf etdirilməsini müzakirə edib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, görüşdə kənd təsərrüfatı, heyvandarlıq, qida, mebel istesalı və inşaat sektorlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və regionda sahibkarlara dəstək və xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyəti üçün maliyyə resursları, dövlətin güzəştli kreditləri, torpaq təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə qoşulma, yeni…
Daha çox